Accessibility links

ABŞ və Azərbaycan fövqəladə hallara mülki hərbi hazırlıq seminarı keçirib


ABŞ və Azərbaycan fövqəladə hallara mülki hərbi hazırlıq seminarı keçirib
ABŞ və Azərbaycan fövqəladə hallara mülki hərbi hazırlıq seminarı keçirib

Seminarda subasmaların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə stolüstü təlim təşkil olunub.

İyulun 25-dən 28-dək Bakıda Amerika Birləşmiş Ştatlarının Ordu Mühəndislər Korpusu və Azərbaycan Fövqəladə Hallar Nazirliyinin birgə təşkilatçılığı ilə “Fövqəladə hallara mülki hərbi hazırlıq” proqramı çərçivəsində seminar keçirilib.

Seminarda subasmaların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə stolüstü təlim təşkil olunub. Tədbirdə həmçinin, Müdafiə, Daxili İşlər, Milli Təhlükəsizlik və Səhiyyə nazirliklərinin, Dövlət Sərhəd Xidməti, "Azerenerji" ASC və Dövlət Dəniz Administrasiyasının nümayəndələri də iştirak edib.

XS
SM
MD
LG