Accessibility links

ABŞ və Şimali Koreya diplomatları görüşür


ABŞ və Şimali Koreya diplomatları görüşür
ABŞ və Şimali Koreya diplomatları görüşür

ABŞ və Şimali Koreyanın yüksək rütbəli nümayəndələri Pekində altıtərəfli danışıqların bərpasına aparacaq müzakirələr keçirirlər. ABŞ təmsilçisi Glyn Davies bildirib ki, o, tərəf müqabili Kim Kye-qvanla danışıqlara ümidlə baxır: "Bu gün, necə deyərlər, 'Oyun Günüdür'. Bizim xarici işlər nazirinin müavini Kim və onun heyəti ilə görüşmək imkanımız olacaq."

Nümayəndələrin görüşü iki saatdan artıq çəkdi. Onlar səhər sessiyasını Şimali Koreya səfirliyində, günorta müzakirələrini isə ABŞ səfirliyində keçirdilər.

İyuldan bəri üçüncü, amma Kim Conq İlin ölümündən bəri birinci dəfədir ki, ABŞ-la Şimali Koreya arasında danışıqlar aparılır. Davies Pxenyanın dialoqu bərpa etmək istəyindən ruhlandığını və liderlikdə dəyişikliyin Şimalın mövqeyinə necə təsir göstərəcəyinə ümidlə baxdığını söyləyib.

XS
SM
MD
LG