Accessibility links

ABŞ və Rusiya atom silahlarının azaldılması üçün təşəbbüsü ələ alıb


ABŞ və Rusiya atom silahlarının azaldılması üçün təşəbbüsü ələ alıb
ABŞ və Rusiya atom silahlarının azaldılması üçün təşəbbüsü ələ alıb

ABŞ prezidenti Barak Obama deyir ki, nüvə silahlarının ixtisara salınması barədə son razılıq göstərir ki, hər iki dövlət atom silahlarının azaldılması üçün təşəbbüsü ələ alıblar. Sazişə əsasən hər iki dövlətin uzaq mənzilli raketlərinin üçdə biri ixtisar ediləcək. Sazişdə yoxlama və monitorinq da nəzərdə tutulur.

ABŞ prezidenti Barak Obama deyir ki, nüvə silahlarının ixtisara salınması barədə son razılıq göstərir ki, hər iki dövlət atom silahlarının azaldılması üçün təşəbbüsü ələ alıblar

Sazişə əsasən hər iki dövlətin uzaq mənzilli raketlərinin üçdə biri ixtisar ediləcək. Sazişdə yoxlama və monitorinq da nəzərdə tutulur.

Müxbirlərlə danışan prezident Obama deyib ki, dünya nüvə silahı olmayan təhlükəsiz gələcəyə yaxınlaşacaq. O, deyib ki, bu silahlar Soyuq Müharibənin ən qaranlıq günlərini və zəmanəmizin ən ciddi təhlükələrini əks etdirir: “Biz bu gün uşaqlarımıza daha təhlükəsiz gələcək yaratmaq və 20-ci əsrin düşüncəsini arxada qoymaq yönümündə daha bir addım atırıq”.

ABŞ və Rusiya atom silahlarının azaldılması üçün təşəbbüsü ələ alıb
ABŞ və Rusiya atom silahlarının azaldılması üçün təşəbbüsü ələ alıb

Prezident Obama telefonda Rusiya prezidenti Dmitri Medvedevlə danışıb. Ağ Ev bildirir ki, bu yeni sazışlə bağlı iki lider arasında 14-cü görüş və ya telefon söhbəti idi.

Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrov sazişi ümumilli televiziyada elan edib: “Yeni razılıq Rusiya və ABŞ-ın nüvə silahlı qüvvələrinə maksimum məhdudiyyətlər tətbiq edir. Hər tərəfə 1550 strateji nüvə başlığı düşür ki, bu, da əvvəlki rəqəmlə müqayisədə 30 faiz azdır”.

ABŞ Müdafiə Naziri Robert Geyts də razılığın daha möhkəm təhlükəsizliyə doğru iri addım olduğunu bəyan edib. Onun sözlərinə görə Amerika öz hədəflərinə daha az nüvə silahları ilə də nail ola bilər.

Dövlət Katibi Hillari Klintonun sözlərinə görə saziş ABŞ-Rusiya münasibətlərində əhəmiyyətli yaxşılaşmanın göstəricisidir. Onun sözlərinə görə ABŞ-Rusiya əməkdaşlığında terrorizmlə mübarizədə nüvə təhlükəsizliyi başlıca prioritetlərdəndir.

Rusiya Parlamenti və ABŞ Senatı hələ də sazişi ratifikasiya etməlidirlər. ABŞ Senatorları Con Kerri və Riçard Luqar sazişin Senatda qəbul edilməsinə sponsorluq edəcəklər. Bu razılıq həmçinin Şimali Koreya və İrandan qaynaqlanan nüvə təhlükələrinin qarşısını almaqda da yardımçı ola bilər.

Birləşmiş Ştatlar hazırda dünyanın aparıcı dövlətləri ilə İrana qarşı onun nüvə proqramını dayandırmaq üçün yeni sanksiyalar tətbiq edilməsi yönümündə konsensus əldə etməyə çalışır.

XS
SM
MD
LG