Accessibility links

Abbas Lisani aclıq aksiyasına başlayıb


Abbas Lisani
Abbas Lisani

Ərdəbil həbsxanasında saxlanılan tanınmış siyasi məhbus Abbas Lisani iyunun 12-də həbsxana rəsmiləri tərəfindən tətbiq edilən təzyiqlərə etiraz olaraq aclıq aksiyasına başlayıb.

Bölgədə fəaliyyət göstərən insan hüquqları müdafiəçilərinin yaydığı məlumata görə, Abbas Lisani siyasi məhbuslara qəsdən psixoloji təzyiqləri çoxaltmaq üçün təhlükəli və ağır cinayətlərdən məhkum olan şəxslərin siyasi məhbusların kameralarına köçürülməsinə etiraz etmək məqsədilə aclıq aksiyasına başlayıb.

İran qanunlarına görə, siyasi məhbusların saxlandığı bölmələr digər məhbuslarla ayrı olmalıdır. Ancaq İran məhkəmələri və həbsxanaları, siyasi və ictimai fəaliyyət göstərən vətəndaşları təhlükəsizlik məhbusu kateqoriyasına alaraq bu qanuna əməl etmir.

İran həbsxanalarında siyasi məhbusları digər cinayətlərə görə məhkum olan məhbuslarla eyni kameralara yerləşdirilməsi nəticəsində siyasi məhbuslar psixoloji və fiziki təzyiqlərlə üzləşirlər.

İnsan hüquqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyinin yaydığı məlumata görə, Lisani şiddətli bel və diz ağrılarından, həmçinin qan təzyiqi xəstəliyindən əziyyət çəkir, ancaq onun müalicə üçün həbsxanadan xaric xəstəxanaya yerləşdirilməsinə maneə törədilir.

Tanınmış siyasi fəal mayın 25-də sağlamlıq durumunun pisləşməsi ilə xəstəxanaya köçürülüb, həmin gün isə həbsxana məmurlarının nəzarətində təkrar həbsxanaya qaytarılıb.

Ərdəbilli milli fəal Əli Xeyrcu öz Instagram səhifəsində bu barədə Abbas Lisaninin sağlamlıq durumu ilə əlaqədar yazıb ki, “Həbsxananın sağlamlıq şöbəsinin müdiri həbsxana rəhbərliyindən siyasi məhbusu dərhal diz və onurğa sütunun ekokardiyografi şəkli çəkmək və MRİ müayinəsi olunmaq üçün həbsxananın xaricindəki ixtisaslaşmış xəstəxanaya göndərməsini xahiş edib."

“Ölkə ən utanc verici seçkilər ərəfəsində ikən, Abbas Lisani aclıq aksiyasındadır.”
“Ölkə ən utanc verici seçkilər ərəfəsində ikən, Abbas Lisani aclıq aksiyasındadır.”

Abbas Lisaninin aclıq aksiyasına başlaması ilə Ərdəbil şəhərində dinc fəaliyyət göstərən milli fəallar divarlarda şüar yazaraq siyasi məhbusun aclıq aksiyasına başladığını bildiriblər. “Ölkə ən utanc verici seçkilər ərəfəsində ikən Abbas Lisani aclıq aksiyasındadır” – deyə milli fəallar şəhər divarlarında yazıb.

Həmçinin Təbriz şəhərində isə, “Siyasi məhbuslar gərəkdir azad olsun”, “Azərbaycan var olsun, Lisanimiz sağ olsun” və “Siyasi məhbuslarımızın canı təhlükə altındadır” kimi şüarlar milli fəallar tərəfindən şəhər divarlarına yazılıb.

Keçmiş azərbaycanlı siyasi məhbus Səid Mətinpur Twitter hesabında Lisaninin aclıq aksiyası ilə bağlı İranda siyasi məhbusları ümumiyyətlə müxtəlif bölmələr və kameralarda saxlanılmasını və məhkumları törətdikləri cinayətlərə görə ayrılmasını tələb edən qanuna riayət olunmadığını qeyd edib. İran Azərbaycanında türk fəallar deyir ki, məhkəmə və həbsxana səlahiyyətlilərinin təhlükəsizlik qurumlarının əmri ilə Abbas Lisaniyə qarşı planlanlaşdırılmış psixoloji təzyiqlər tətbiq edirlər.

Ərdəbil İnqilab Məhkəməsi Lisanini 8 il həbs və 2 il sürgün cəzasına məhkum etsə də, sonra bu hökm Ərdəbil Apellyasiya Məhkəməsi tərəfindən 15 il həbs və 2 il sürgünə yüksəldilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG