Accessibility links

Abbas Lisani müalicə üçün 4 gün müddətinə məzuniyyətə buraxılıb


Abbas Lisani
Abbas Lisani

Ərdəbil Həbsxanasında saxlanılan tanınmış milli fəal Abbas Lisani avqustun 30-da məzuniyyətə buraxılıb. Bu barədə bölgədə fəaliyyət göstərən insan hüquqları fəallarının yaydığı məlumatda deyilir. Abbas Lisaninin müalicə üçün dörd gün müddətinə 15 il həbs məhkumluğunu çəkdiyi Ərdəbil həbsxanasından məzuniyyətə buraxıldığı bildirilir.

İranda insan hüquqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyinin yaydığı məlumata görə, Lisani 800 milyon tümənlik mülki zəmanət qarşılığında məzuniyyətə buraxılıb.

Ürək-damar çatışmazlığı və yüksək qan təzyiqindən əziyyət çəkən Lisani həbsxana həkimlərinin verdiyi dərmanlar və tətbiq etdiyi müalicələrin işə yaramadığından sonra may ayının 25-də sağlamlıq durumunun pisləşməsinin ardından xəstəxanaya köçürülmüşdü. Güneyli siyasi məhbus müalicə prosesi tamamlanmadan az müddət sonra təkrar həbsxanaya yerləşdirilmişdi.

15 il həbs və 2 il sürgün cəzasına məhkum olan milli fəal 2019-cu il yanvarın 15-dən etibarən həbsdə olduğu müddətdə sağlamlıq durumunun yaxşı olmadığına baxmayaraq, ilk dəfədir məzuniyyətə buraxılır. Onun daha öncə şiddətli bel və diz ağrılarından əziyyət çəkdiyi, lakin məhkəmə və həbsxana rəsmilərinin onun müalicə üçün məzuniyyətə çıxmasına icazə vermədikləri bildirilir.

İran Azərbaycanının Ərdəbil şəhərinin sakini olan Abbas Lisani 2019-cu ilin iyul ayında Ərdəbil İnqilab Məhkəməsi tərəfindən 8 il həbs və Yəzd şəhərinə 2 il sürgün cəzasına məhkum edilmişdi. İlkin məhkəmənin qərarına etiraz edən Lisaninin hökmü Apellyasiya məhkəməsi tərəfindən artılaraq, 15 il həbs və 2 il sürgün cəzası edilib. Onun Apellyasiya Məhkəməsinin verdiyi hökmə şikayəti İran Ali Məhkəməsi tərəfindən 2020-ci ilin iyul ayında rədd edilib.

Lisani koronavirus pandemiyasından dolayı məhbuslara verilən məzuniyyət haqqından məhrum edilən siyasi məhbuslardan biridir. O həmçinin İranda məhbusların həbs cəzalarının azaldılması ilə əlaqədar cinayət məcəlləsinə əlavə edilən maddədən istifadə etmək imkanından da məhrum edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG