Accessibility links

Abbas Lisani tibbi ekspert komissiyası tərəfindən müayinə edilib


Abbas Lisani
Abbas Lisani

Tanınmış siyasi məhbus Abbas Lisani müayinə üçün yenidən tibbi ekspertizaya göndərilib.

İnsan hüquqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyi bu barədə məlumat yayıb.

Ərdəbil Mərkəzi Həbsxanasında saxlanılan Azərbaycanlı siyasi məhbus Abbas Lisani yanvarın 24-də müayinə üçün tibbi ekzperizaya göndərilib.

Abbas Lisani sağlamlığı ilə əlaqədar olunan test nəticələrinin təqdim edilməsi və onurğa diskinin təcili əməliyyatının zəruriliyi ilə bağlı ədli tibb ekspertizasına müraciət edib. O daha öncə ötən ilin noyabr ayının 4-də həmin xəstəliklərdən dolayı həmin quruma müraciət etmişdi.

2019-cu ilin yanvar ayından etibarən Ərdəbil Mərkəzi Həbsxanasında 15 illik həbs cəzasını çəkməkdə olan Abbas Lisani həbsdə olduğu zamandan bəri ürək-damar çatışmazlığı və yüksək qan təzyiqi kimi başqa xəstəliklərdən əziyyət çəkir. O həmçinin dəfələrlə onurğa və dizlərində şiddətli ağrılar üzündən müayinə olunub və hətta ağrılar və xəstəlikləri üzündən xəstəxanaya yerləşdirilib.

Apardığı dinc fəaliyyətləri nəticəsində indiyədək dəfələrlə İranın Kəşfiyyat agentləri tərəfindən həbs edilən və fərqli cəzalara məhkum olunan Abbas Lisani 2019-cu ilin iyul ayında Ərdəbil İnqilab Məhkəməsi tərəfindən 8 il həbs və Yəzd şəhərinə 2 il sürgün cəzasına məhkum edilmişdi.

Lisaninin məhkəmə qərarına etiraz etməsi ilə Apellyasiya Məhkəməsi onun cəzasını artıraraq 15 il həbs və 2 il sürgün cəzasına məhkum edib. Ərdəbil sakini olan tanınmış milli fəal Abbas Lisaniyə qarşı verilən bu hökm İran Ali Məhkəməsi tərəfindən də qüvvədə saxlanılıb.

Abbas Lisani həbsdə olduğu zamandan bəri sağlamlıq durumu ilə bağlı çəkdiyi əziyyətlərə baxmayaraq dəfələrlə aclıq aksiyası keçirib.

XS
SM
MD
LG