Accessibility links

Fərzad Səmədli: Abbas Lisaninin həbs müddətinin uzadılması qanunlara ziddir


Fərzad Səmədli: Abbas Lisaninin həbs müddətinin uzadılması qanunlara ziddir
please wait

No media source currently available

0:00 0:19:50 0:00

Ərdəbilin Apellyasiya Məhkəməsi ilkin məhkəmədə 8 il həbs və 2 il sürgün cəzasına məhkum olunan siyasi fəal Abbas Lisaninin həbs müddətini 15 ilə qaldırıb. Bu və İran Azərbaycanında baş verən siyasi basqıları jurnalist və politoloq Fərzad Səmədli şərh edir.

Abbas Lisaninin hökmünün Apellyasiya Məhkəməsində gözlənilmədən daha da sərtləşdirilməsinin səbəblərindən danışan müstəqil jurnalist bunun tamamilə qanuna zidd olduğunu deyib.

“Apellyasiya Məhkəməsinin Abbas Lisaninin 8 illik həbs müddətini uzatması haqsızlıq və qanunlara ziddir. İkincisi, ittiham irəli sürən prokurorun daha sonra hakim mövqeyində olması da qanunsuzluqdur. Hakim İran İslam Cümhuriyyətinə qarşı fəaliyyət ittihamı ilə ona qarşı cəza tətbiq edib. Cəza isə qeyri-müəyyən dəlillərlə əsaslandırılıb” - deyə, Səmədli vurğulayıb.

O, Lisaninin 25-30 illik fəaliyyəti zamanı əlinə qələmdən başqa heç bir şey almadığını və mübarizəsini ölkə konstitusiyası çərçivəsində apardığını qeyd edib.

İranda son zamanlar fəallara qarşi təzyiqlərin artdığı haqda danışan Fərzad Səmədli BMT-nin baş katibi Antonio Quterreşin İranda sadəcə 123 türk fəalın həbsdə olduğunu vurğuladığını bildirib. O, bununla azərbaycanlı mədəni hüquqlar fəallarının durumunun nə dərəcədə ağır olduğunu göstərdiyini önə çəkib.

Beynəlxalq əlaqələr üzrə elmlər doktoru Səmədli İranda jurnalist kimi fəaliyyəti zamanı özünün də təzyiqlərə məruz qaldığını deyib. Buna səbəb isə Azərbaycanın İrandakı sabiq səfiri Əliyar Səfərli ilə keçirdiyi müsahibə olmuşdu. Baxmayaraq ki, daha əvvəl digər ölkələrin səfirləri ilə də müsahibələr olmuş, yalnız onlara belə kəskin reaksiya verilməmişdi.

Beynəlxalq qınaqlara baxmayaraq, İranda jurnalist və fəallarin təqiblərinin davam etdirilməsi şəraitində xaricdə müxtəlif təşkilatlarla çalışıb, durumu diqqətə çatdırdığını deyən politoloq bir sıra insan haqları təşkilatları, xəbər agentlikləri, insan haqları müdafiəçiləri ilə görüşdüklərini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG