Accessibility links

Abbas Nikrəvan müvəqqəti azadlığa buraxılıb


Abbas Nikrəvan
Abbas Nikrəvan

Abbas Nikrəvan vəsiqə qarşılığında müvəqqəti olaraq Urmiyə Həbsxanasından sərbəst buraxılıb.

Bölgədə fəaliyyət göstərən hüquq müdafiəçilərinin yaydığı məlumata əsasən, güneyli sənətçi Abbas Nikrəvan sentyabrın 22-də günortadan sonra 600 milyon tümən mülki girov qarşılığında məhkəmə zamanına qədər müvəqqəti azadlığa buraxılıb.

Qərbi Azərbaycan vilayətinin Salmas şəhərinin sakini olan mədəni fəal və sənətçi Abbas Nikrəvan məhkəmədə "sistemə qarşı təbliğat aparmaq", "sistemə müxalif gruplarda üzv olmaq" və "ictimai rəyi çaşdırmaq" ittihamları ilə mühakimə olacaq.

Nikrəvan sentyabrın 5-də Salmasda həbs edilərək dindirilmək üçün Urmiyə Ettelaat İdarəsinin təcridxanasına köçürülmüşdü. Əslən Şərqi Azərbaycan vilayətinin Şəbistər şəhərinin Nadarlı kəndindən olan güneyli fəal Ettelaat təcridxanasında sorğu-suala çəkildikdən sonra Urmiyə Həbsxanasına köçürülmüşdü.

Musiqiçi və mədəni fəal Abbas Nikrəvan daha öncə də 2014 və 2018 illərində müvafiq olaraq bir toy mərasimində və Babək Qalası yürüşü ərəfəsində təhlükəsizlik qüvvələri tərəfindən həbs edilmişdi. Onun 2015-ci ilin fevralında xeyriyyə məqsədilə təşkil edəcəyi bir konserti ləğv edilmişdi.

Ümumiyyətlə İranda təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan siyasi və ictimai fəallar təcridxanada təkadamlıq kameralarda saxlanılaraq dindirilir və vəkilə çatım hüququ təmin edilmir. Bəzən İran təhlükəsizlik qurumları tərəfindən nəzarət altına alınan mədəni fəallar ailələri ilə telefon əlaqəsi qurmaq hüququndan məhrum edilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG