Accessibility links

Abdulla Abdulla:Təkrar seçkilərə ehtiyac qalmayacaq


Əfqanıstanın prezident seçkilərində öndə gedən sabiq xarici işlər naziri Abdulla Abdulla seçkilərin şəffaflığına ümid etdiyini deyib.

Amerikanın Səsinin suallarını cavablanıdıran namizəd bildirib ki, aprel ayının 5-də keçirilən seçkilərin qalibinin kim olacağından asılı olmayaraq, prosesin azad və legitim keçirilməsi mühümdür.

Əfqanıstanın Müstəqil Seçki Komissiyası səslərin 45 faizinin artıq sitemə salındığını və azı 20-34 vilayətdə keçirilən səsvermənin nəticələrinin gözlənildiyini bildirib. Komissiya yekun nəticələrinin mayın ortasında bəlli olacağını deyib.

Abdulla təkrar seçkilərin mümkünlüyünə dair sualın cavabında deyib ki, təkrar seçkilərə ehtiyac qalmayacağı ehtimal edlir. O, prosesin başa vurulduğu və xalqın istəyi ilə seçilən gələcək hökumətin Əfqanıstanın milli maraqlarına xidmət edəcəyini deyib.
Namizədlərin 50 faiz səsə ehtiyacı var. Əgər heç kim 50 faiz səs toplamasa, seçkilər təkrar keçiriləcək.

Abdulla builki seçkilər zamanı 2009-cu il seçkilərində yol verilən saxtakarlıqların müşahidə edilmədiyini bildirib.

Seçicilər prezidentlik dövrü başa çatan Həmid Karzayın xələfini seçir. O, 2001-ci ildə Talibanın hakimiyyətdən devrilməsindən sonra Əfqanıstana rəhbərlik edir.

Seçkiləri yaxından izləyən ABŞ qalibin Qarşılıqlı Təhlükəsizlik Sazişini imzalayacağına ümid bəsləyir.

Karzay razılığı imzalamaqdan imtina edib. Sazişdə 2014-cü ildən sonra ABŞ qüvvələrinin bir hissəsi təlimlər və məsləhətlər üçün Əfqanıstanda qalmasını nəzərdə tutulur.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG