Accessibility links

Abe Trampı Nobel sülh mükafatına təqdim etdiyinə dair şərh verməkdən imtina edib


Yaponiyanın baş naziri ABŞ prezidenti Donald Trampı Nobel sülh mükafatına təqdim etdiyinə dair şərh verməkdən imtina etsə də, onun ünvanına yaxşı sözlər deyib.

O bildirib ki, Nobel komitəsinin siyasətinə görə nominasiyaları irəli sürənlərin adları 50 il müddətinə gizli saxlanılır və buna şərh verə bilməz.

Parlamentin suallarını cavablandıran Abe Trampın iddiasını da inkar etməyib.

Tramp cümə günü Abenin onu Nobel mükafatına təqdim etdiyini və Nobel komitəsində göndərdiyi məktunun surətini ona verdiyini bəyan edib.

Yaponiyada bu xəbər birmənalı qarşılanmayıb.

Müxalif Xalq Üçün Demokratiya Partiyasının üzvü Yuitiro Tamakinin sualının cavabında baş nazir deyib ki, mən heç vaxt onun namizədliyini irəli sürmədiyini deməmişəm.

Вazar ertəsi Tamaki tvit edərək yazıb ki, bu, Şimali Koreya və dünya ictimaiyyətinə yanlış bir siqnal ola bilər.

Trampın Abenin Nobel komitəsində göndərdiyi məktunun surətini ona verdiyini və yerli mətbuatın Abenin bunu Trampın xahişi ilə etdiyinə dair iddiaların doğruluğunu müəyyən etmək mümkün olmayıb.

Nobel sülk mükafatına nominasiyalar yanvarın 31-i gecə yarıyadık təqdim edilməli idi. Komitə bildirir ki, 2019-cu il mükafatına 219 şəxs və 85 təşkilat nominasiya edilib.

Daha əvvəl Norveçin iki deputatı ABŞ prezidenti Donald Trampın Nobel mükafatına layiq görülməsini təklif edib.

İnkifaş partiyasından Xristian Tibrinq və Per-Villi Amundsen bildirib ki, ABŞ prezidenti silahsızlaşma sahəsində böyük addım ataraq Koreyalar arasında barışıq və sülhü təmin edib.

XS
SM
MD
LG