Accessibility links

Abe və Putin ərazi mübahisələrini həll etmək istədiklərini deyir


Rusiya prezident Vladimir Putin Moskvada Kremldə danışıqlardan öncə Yaponiyanın baş naziri Şinzo Abeni salamlayır, 22 yanvar, 2019.
Rusiya prezident Vladimir Putin Moskvada Kremldə danışıqlardan öncə Yaponiyanın baş naziri Şinzo Abeni salamlayır, 22 yanvar, 2019.

Yaponiyanın baş naziri Şinzo Abe bildirib ki, Rusiya prezidenti Vladimir Putinlə Moskvada apardığı danışıqlar zamanı onların hər ikisi tarixi ərazi mübahisəsinin həllini tapmağa çalışdıqlarını təsdiqlyib.

Putinlə birgə mətbuat konfransında danışan Abe deyib ki, Yaponiya və Rusiyanın xarici işlər nazirləri Sakit okeanda Sovet İttifaqı tərəfindən İkinci Dünya Müharibəsi zamanı ələ keçirilmiş adalar ətrafında mövcud mübahisənin həlli ilə bağlı danışıqları davam etdirmək üçün fevral ayında görüş keçirəcək.

Putin öz növbəsində vurğulayıb ki, Yaponiya ilə sülh razılaşmasının əld edilməsi üçün çox iş görülməlidir.

Rusiya və Yaponiya İkinci Dünya Müharibəsindən sonra sülh razılaşması imzalamayıb.

XS
SM
MD
LG