Accessibility links

ABŞ Müdafiə naziri Estoniya, Latviya və Litvanın müdafiə nazirləri ilə görüşəcək


Eşton Karterin müdafiə nazirləri ilə Rusiya ilə bağlı planları müzakirə edəcəyi gözlənilir.

ABŞ Müdafiə naziri Eşton Karter bildirib ki, ABŞ Rusiya ilə münasibətdə "Soyuq Müharibə qaydaları"na arxalanmayacaq. Bunun əvəzinə ABŞ-ın Rusiyanın Ukraynada təcavüzünə qarşı hərbi və qeyri-hərbi yollardan istifadə edəcəyini deyib.

Eşton Karter bir vaxtlar məcburi olaraq Sovet İttifaqına daxil edilən Estoniya, Latviya və Litvanın müdafiə nazirləri ilə görüşmək məqsədilə Estoniyaya səfər etmədən öncə Berlində danışıb.

Pentaqon rəhbəri Rusiyanın təcavüzüna qarşı mübarizədə Avropaya yardım məqsədilə ABŞ-ın NATO-nun çevik qüvvələrinə yardəm göstərəcəyini bildirib.

O deyib ki, ABŞ Rusiya ilə Soyuq Müharibə şəraitinə dönmək və ya yeni müharibəyə daxil olmaq niyyətində deyil. Karter həmçinin Rusiyaya tətbiq olunmuş iqtisadi sanksiyaların Moskvaya iqtisadi təzyiq göstərilməsinə nail olduğunu vurğulayıb.

Çərşənbə və cümə axşamı günləri Karter Brüsseldə NATO müdafiə nazirləri ilə görüşərək, Rusiyanın Krımı ilhaq etməsindən və Ukrayna separatçılarına hərbi dəstək göstərməsindən sonra Rusiya ilə bağlı planları müzakirə edəcək.

Karter ABŞ-ın Şərqi Avropada təlim proqramları keçən briqadalara tank və dgər hərbi avadanlıq göndərmək təklifini müzakirə etmək niyyətindədir. Müdafiə naziri bu təklifi hələ təsdiqləməyib. Rəsmilər hərbi avadanlığın hansı ölkəyə göndəriləcəyi haqda bir söz bildirməsələr də, təlimlərin Rusiya ilə sərhədə malik Polşada həyata keçirələcəyi təxmin edilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken və Lavrov Ukrayna gərginliyi ilə əlaqədar görüş keçirib
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG