Accessibility links

Qubada Gümbəzli hamam bərpa edilib

Martın 26-da ABŞ Səfirlərinin Mədəni İrsin Qorunması Fondunun (SMDF) dəstəyi, Azərbaycanın Mədəniyyət və Turizmi Nazirliyi ilə birgə bərpa edilmiş Qubadakı (Bakıdan 158 kilometr şimal) tarixi Gümbəzli hamamın açılışı olub.

İkigümbəzli hamam bişmiş qırmızı kərpiclə 18-ci əsrdə inşa edilib. Şərq memarlıq üslubunda tikilən hamam 1979-ci ilin sonunadək fəaliyyət göstərib. Gümbəzlərinin hündürlüyü 9 metrdir. Hamamın qızdırılmasında istifadə edilən soba həm də döşəmənin isidilməsində istifadə olunub. Belə ki, sobadan hamamın döşəməsi boyu istiliyə davamlı kərpicdən kanallar çəkilib və sobadan çıxan istilik həm də döşəməni isidib.

Daha çox yüklə

XS
SM
MD
LG