Accessibility links

Rusiya Abxaziyada vəziyyətdən narahatdır


Rusiya Abxaziyada vəziyyətlə əlaqədar narahatlığını bildirib. Nümayişçilərin prezident administrasiyasının binasını ələ keçirməsi Moskva hökumətinin Gürcüstandan ayrılmış regionu olan Abxaziyada dəstəklədiyi lideri tərəfindən dövlət çevrilişinə cəhd adlandırılıb.

Çərşənbə axşamı Qara dəniz regionunda müxalifəti dəstəkləyən minlərlə etirazçının prezident administrasiyasının binasını ələ keçirmək üçün qapı və pəncərələri sındırdığı bildirilir. Minlərlə insanın hökumətdə korrupsiya və idarəçiliklə bağlı problemlərlə əlaqədar narazılığını bildirmək üçün paytaxtda toplaşdığı zaman başqa bir qrup prezident Aleksandr Ankvabla görüşüb.

Abxaziya 1992-93-cü illərdə Sover İttifaqının dağılmasından sonra Gürcüstanın idarəçilindən çıxmışdı. Moskva regionun müstəqilliyini 2008-ci ildə Gürcüstanla beş gün davam edən müharibədən sonra tanımışdı. Rusiya eyni zamanda regionda nəzarətini gücləndirmiş və iğtişaşların baş verdiyi qonşu Cənubi Osetiyaya da nəzarəti ələ keçirmişdi.



XS
SM
MD
LG