Accessibility links

ABŞ höküməti Türkiyə vətəndaşlarına viza verilməsini dayandırıb


ABŞ-ın Ankaradakı səfirliyinin verdiyi məlumata görə, ABŞ Türkiyədən olan bütün qeyri-immiqrant viza müraciətlərini müvəqqəti olaraq dayandırıb.

Səfirliyin bazar günü verdiyi açıqlamada bildirilir ki, "Baş verən son hadisələr ABŞ hökumətini Türkiyə hökumətilə ABŞ Missiyasının təsis və şəxsi heyyətinin təhlükəsizliyinə bağlı münasibətlərini yenidən qiymətləndirməyə məcbur edib."

Bəyanatda Türkiyənin öhdəliyini yenidən qiymətləndirilməsi səbəbləri göstərilməyib. Həmçinin viza müraciətlərinin nə vaxta qədər dayandırıldığı haqqında da heç bir məlumat yoxdur.

Türkiyədəki ABŞ Missiyasının bəyanatı
Türkiyədəki ABŞ Missiyasının bəyanatı

Bir neçə saat sonra Türkiyə də öz növbəsində bəyanat verərək ABŞ vətəndaşlarının Türkiyəyə viza müraciətlərini dayandırdığını bildirib.

Ötən həftə Türkiyə höküməti ABŞ konsulluğunun əməkdaşı, türkiyəli Metin Topuzu həbs edib. O, keçən il Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı törədilmiş çevriliş cəhdinə görə məsuliyyət daşıdığı iddia olunan terrorist şəbəkənin aparıcı üzvləri ilə müntəzəm olaraq ünsiyyət qurmaqda ittiham edilib.

Türkiyə hökuməti çevriliş cəhdinə görə ABŞ-da yaşayan türk din adamı Fəthullah Gülən tərəfindən təşkil olunduğu iddia edilən təşkilatı günahlandırıb.

Hazırda Pensilvaniya ştatında yaşayan Fətullah Gülən hadisə ilə bağlı hər hansı bir əlaqəsi olduğunu inkar edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG