Accessibility links

ABŞ Ali Məhkəməsi qadınların abort hüququnu məhdudlaşdıran qaydanı ləğv etdi


ABŞ Ali Məhkəməsi ölkədə abort hüququnu qüvvədə saxlayıb. Qərarda deyilir ki, görə, ştatların heç birində qadınların hamiləliklərinə soq qoymaq istəklərinə dair konstitusion hüquqları əlindən alına bilməz.

Son 25 ildə bu qərar məhkəmənin abort hüquqları haqqında qəbul etdiyi ən mühüm qərardır.

Məhkəmədə əksəriyyətin fikrini dəstəkləyən hakim Stefan Breyerin sözlərinə görə, Texas ştat qaydaları tibbi cəhətdən vacib olmayan və Konstitusiyaya zidd olaraq qadınların abort hüquqlarını məhdudlaşdıran qaydalar idi.

Abort hüququ müdafiəçiləri deyir ki, bu qərar xüsusilə Texasdakı yoxsul və azlıqda olan qadınların xeyrinə ola bilər. Belə ki, qərar onlara yaşadıqları ucqar regionlardakı klinikalarda abort etməyə imkan verəcək.

Texas təkidlə bildirirdi ki, qəbul etdiyi qanun qadınların səhhətini qorumaq mahiyyəti daşıyır. Ancaq abort tərəfdarları iddia edir ki, mühafizəkar ştatda qəbul olunan bu qərar ştatda hər il 70 min abort halının qarşısını almaq məqsədi daşıyıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG