Accessibility links

ABŞ-ın Berlindəki yeni səfiri Almaniya şirkətlərinin İrandan çıxmalı olduğunu deyib


Almaniyada ABŞ-ın səfiri vəzifəsinə başlamasından qısa zaman sonra Riçard Qrenell alman şirkətlərinin İrandan çıxmalı olduğunu deyib.

Qrenell çərşənbə axşamı Twitter vasitəsilə prezident Trampın ABŞ sanksiyalarının İran iqtisadiyyatının əhəmiyyətli sektorlarını hədəf alacağını və Almaniya şirkətlərinin İrandakı əməliyyatlarına dərhal son qoymalı olduğunu bildirib.

Səfir bu mesajı prezident Trampın Birləşmiş Ştatların İran nüvə sazişindən çıxdığını və sanksiyaların yenidən tətbiq olunacağını elan etməsindən sonra yayıb.

İranda biznes əməliyyatlarına davam edəcək şirkətlər ABŞ tərəfindən cərimələnə bilər.

Almaniya İranla nüvə sazişinə imza atan tərəflərdən biridir və kansler Angela Merkel inanır ki, ABŞ sazişdən çıxmamalı idi.

Dünyaya Baxış

Dünyaya Baxış. Meksika vəd etdiyi 10 000 əsgərin ilk qrupunu ABŞ-la sərhədə yerləşdirib
please wait

No media source currently available

0:00 0:10:34 0:00

Amerika İcmalı

Amerika İcmalı. Vaşinqton səmasında qəza. ABŞ-Azərbaycan münasibətlərinin perspektivləri.
please wait

No media source currently available

0:00 0:30:10 0:00
XS
SM
MD
LG