Accessibility links

ABŞ Atlantik Okeandakı mövcudluğunu artırır


ABŞ Dəniz Donanması Rusiya ordusunun təcavüzünə cavab olaraq Atlantik Okeanda mövcudluğunu gücləndirəcək.

Belə ki, Pentaqon cümə günü Dəniz Donanmasının 2-ci Flotunu bərpa edəcəyini bildirib. Flot təxminən yeddi il öncə xərcləri azaltmaq məqsədilə və başqa səbəblərdən ləğv edilib.

“Bu, dinamik təhlükəsizlik mühitinə dinamik cavabdır,” deyə Dəniz Əməliyyatlarının başçısı Admiral Con Riçardson George H. W. Bush adlı gəmidə müxbirlərə bildirib. “Biz güc uğrunda mübarizənin yarandığına şahid oluruq, Atlantik Okean, xüsusilə də Şimalik Atlantik isə dinamik bir səhnədir.”

Virciniya ştatının Norfolk şəhərində qərargahlanacaq və yulun 1-də fəaliyyətə başlayacaq İkinci Flot 2011-ci ildə ləğv edilib. O zamandan bəri Rusiya Atlantik okeanınn şimalında habelə Arktikada dəniz fəlaiyyətini artırıb. Rusiya həmçinin Ukrayna və Suriyadakı münaqişələrdə daha sərt mövqe ortaya qoyub. Bu isə Moskva ilə Vaşinqton arasında gərginliyin artmasına səbəb olub.

Bu ilin əvvəli Pentaqon Çin və Rusiyanı üstün tutan yeni milli müdafiə strategiyasını açıqlayıb. Bu, ABŞ-ın 15 il terror qarşı mübarizədən sonra prioritetin dəyişdiyini göstərdiyinə dair ilk işarə idi.

Pentaqon həmçinin NATO-nun Birgə Qüvvələr Komnadirliyinin Norfolkdakı dəniz bazasında yerləşdirilməsini təklif edib. Yeni logistika komandirliyinin isə Almaniyada yerləşdiriləcəyi gözlənilir.

NATO-nun müdafiə nazirləri fevral ayında keçirilən iclasda Avropa və Şimali Amerika arasında dəniz sərhədləri və kommunikasiya xəttlərinin müdafiəsinə yönəlmiş səylərin bir hissəsi olaraq planın ilk layihəsini təsdiqləyib.

XS
SM
MD
LG