Accessibility links

"ABŞ-Avstraliya münasibətləri möhkəmdir, möhkəm qalacaq"


Prezident Donald Trump və Avstraliya baş naziri Malkolm Turnbull USS Intrepid hərbi gəmisində görüşdə əl sıxırlar. Nyu York, 4 may, 2017.
Prezident Donald Trump və Avstraliya baş naziri Malkolm Turnbull USS Intrepid hərbi gəmisində görüşdə əl sıxırlar. Nyu York, 4 may, 2017.

ABŞ Prezidenti Donald Tramp və Avstraliya Baş Naziri Malkolm Turnbull iki ölkə arasındakı uzun dönəmli dost münasibətlərinin möhkəmləndirilməsinə sədaqətlərini izhar ediblər. Görüş liderlər arasında qızğın telefon söhbəti ilə bağlı şaiyələrdən sonraya təsadüf edir.

“Bizim çox gözəl münasibətlərimiz var,” deyə Tramp müxbirlərə söyləyib. ABŞ prezidenti bu bəyanatı İkinci Dünya Müharibəsində çiyin-çiyinə döyüşmüş ABŞ və Avstraliya veteranları şərəfinə düzənlənən nahar ziyafətindən sonra verib.

Bizim çox gözəl münasibətlərimiz var.

O, avstraliyalı həmkarı ilə telefonda söhbət zamanı dəstəyi qəfil asmasına dair deyilənləri “saxta xəbər” adlandırıb.

"Biz inamlıyıq və bir-birimizə etibar edirik," deyə Turnbull ölkələr arasındakı münasibətləri dəyərləndirib.

O və Tramp 75 il öncə Koral Dənizi döyüşündə iştirak etmiş veteranların fədakarlıqlarına görə şükran olduqlarını deyiblər.

ABŞ və Avstraliya liderləri Koral Dənizi döyüşünün ildönümündə Nyu Yorkda bir araya gəliblər. 4 may, 2017.
ABŞ və Avstraliya liderləri Koral Dənizi döyüşünün ildönümündə Nyu Yorkda bir araya gəliblər. 4 may, 2017.

Turnbull Amerika və Avstraliya əsgərlərinin birlikdə həmin vaxt militarist Yaponiyanın təcavüzünə sinə gərdiklərini qeyd edib. Turnbul üzünü hazırkı ABŞ və Avstraliya hərbçilərinə tutaraq deyib: “Siz bizi azad saxlayırsınız!”

Fevral ayında Tramp Turnbullla telefon söhbəti əsnasında ABŞ-la Avstraliya arasında miqrantların yerləşdirilməsinə dair əldə edilmiş razılığı “səfeh” “ən pis razılıq” adlandırdıqdan sonra başa çatmışdı.

Müşahidəçilər liderlərin görüşünün iki ölkə arasındakı münasibətlərin durumu haqda narahatlıqları azaltmağa xidmət edəcəyini güman edir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG