Accessibility links

Obama yay məzuniyyətindən Vaşinqtona qayıdıb


ABŞ prezidenti Barak Obama Atlantik okeanı sahilində iki həftə sürən yay istirahətindən sonra Vaşinqtona qayıdıb. Prezidentin gələn ay Çin və Laosa səfər edəcəyi və Demokrat partiyasından prezidentliyə namizəd Hillari Klintonun seçki kampaniyasında iştirak edəcəyi gözlənilir.

ABŞ prezidenti və onun ailəsi Air Force One təyyarəsi ilə bazar günü Vaşinqton ətrafında yerləşən Endrüs hərbi hava bazasında enib.

Obama ailəsilə birlikdə 16 gün Massaçusets ştatında Atlantik okeanı sahilindəki zəngin amerikalıların yay mövsümü sevimli istirahət guşəsi olan Martas Vineyardda dincəlib.

Obamanın çərşənbə axşamı günü daşqınlar nəticəsində 13 nəfərin həlak olduğu Luiziana ştatına səfər edəcəyi gözlənilir.

Respublikaçı prezidentliyə namizəd Donlad Tramp Luiziana ştatını keçən həftə ziyarət edib.

Sentyabrın əvvəlində isə ABŞ prezidentinin yanvar ayında hakimiyyət müdəti bitənə qədər Asiyaya sonuncu 11-ci dəfə səfər edəcəyi gözlənilir.

Amerika lideri həmçinin 2009-2013-cü illərdə onun hakimiyyətin birinci dönəmində dövlət katibi olmuş demokrat namizəd Hillari Klintonun kampaniyasında fəal iştirak etməyi planlaşdrır.

XS
SM
MD
LG