Accessibility links

Yeni ABŞ vətəndaşı [Video]


Yeni ABŞ vətəndaşı
please wait

No media source currently available

0:00 0:02:53 0:00

BMT-nin təxminlərinə görə dünyada 45 miliyon miqrant var. Avadh Alsria onlardan biridir. On il əvvəl o müharibə zonasından qaçaraq nəhayət ölkəsi adlandıracağı yerə gəlib.

Avadh Alsria bu an üçün 50 ildən çoxdur gözləyirdi. 4 İyul Amerikanın Müstəqillik Günündə o Virciniya ştatının Şarlottesvil şəhərində and içərək iki oğlu və digər 80 nəfərlə birlikdə vətəndaşlığı qəbul edib.

Avadh Alsria: “Düşünürəm ki, bu gün mənim ad günümdür. Mənim iki ad günüm var. Birincisi mən İraqda anadan olanda, ikincisi isə iyulun dördüdür.”

İraqda fələstinli ailəsində anadan olan Alsria heç bir ölkənin vətəndaşı olmayıb. O həmişə mühacir olub.

Avadh Alsria: “Mən vətəndaşlıq imtahanımı keçəndə ağladım. Çünki bu mənim 58 illik arzum idi. Mən uzun vaxt idi gözləyirdim, gözləyirdim, gözləyirdim.”

Alsrianın ailəsi Bağdadda yaşayıb. O, orada iraqlı ortağı ilə dükan işlədib. 2003-cü ildə ABŞ-ın İraqa müdaxiləsinin ardınca həmin ölkədə təriqətlərarası münaqişələr vüsət aldı.

Avadh Alsria: “Mən hər gün qapımı açanda, küçələrdə cəsədlər görürdüm. Dükanıma gedəndə də cəsədlər görürdüm. Belə həyat olmur.”

Onun ortağı öldürüldükdən sonra yoldaşı da kürəyindən vurulub yaralanmışdı. O, ailəsini götürüb Bağdadı tərk edib.

Avadh Alsria: “Mən hər şeyi bağladım. Mənə heç nə lazım deyildi. Bütün pullarımı və biznesimi itirdim. Mən sadəcə oğullarımı və ailəmi xilas etməyə çalışırdım. Çünki bir gün mənim oğullarım da öldürülə bilərdi.”

Onlar Suriya yaxınlığındakı qaçqınlar düşərgəsində 3.5 il yaşadıqdan sonra mühacirət proqramı vasitəsilə 6 il əvvəl Birləşmiş Ştatlara gələrək Virciniyanın Şarlottesvil şəhərində məskunlaşdılar.

Avadh Alsria: “Amerikaya gəldiyim ilk gün içimdə bir hiss oyandı. Mən buranın vətənim olduğunu hiss elədim.”

Alsria Amerikaya gəldikdən sonra ərzaq dükanında işlətməyə başladı. Onun tələbələrindən biri də həmçinin burada işləyir.

Avadh Alsria: “Mən bu işi bəyəndim. Mən Amerikaya bunun qarşılığnı qaytarmaq istəyirəm, çünki o mənə vətəndaşlıq verdi. Bu günə qədər 6 il oldu. Hələ mən istirahət etməmişəm.”

ABŞ vətəndaşı olduqdan qısa vaxt sonra ata və oğul həyatlarında ilk dəfə passport üçün müraciət edib.

Avadh Alsria: “Allah mənə uzun ömür versin, Amerikanın borcundan çıxa bilim. Çünki Amerika mənə xəyallarımın çin olmasına yardım etdi.”

XS
SM
MD
LG