Accessibility links

ABŞ və Cənubi Koreyanın birgə təlimləri növbəti nüvə razılığının bir hissəsi ola bilər [Video]


ABŞ və Cənubi Koreyanın birgə təlimləri növbəti nüvə razılığının bir hissəsi ola bilər
please wait

No media source currently available

0:00 0:02:14 0:00

Bu həftə Birləşmiş Ştatlar və Cənubi Koreya Pxenyan Qış Olimpiya Oyunları zamanı sülhü qorumaq məqsədilə təxirə salınan və Şimali Koreyanın nüvə proqramına son qoymaq üçün aparılan danışıqları asanlaşdırmaq məqsədilə miqyası azaldılan birgə hərbi təlimlərə start verib. Lakin Amerikanın Səsinin Seuldakı əməkdaşının sözlərinə görə, gələcək nüvə danışıqlarında əsas diqqət bu təlimlərin ləğv olunmasına və ABŞ-ın Koreyadakı hərbi mövcudluğuna yönələ bilər.

Nüvəsizləşdirmə məsələsində irəliləyiş əldə edə bilmək üçün Cənubi Koreya gələcəkdə birgə hərbi təlimləri ya azaldıb, ya da ləğv etməlidir.
Qo Myonq-Hyun

Bu il birgə hərbi təlimlər zamanı daha öncə olduğu kimi, 23 min ABŞ qoşunu ilə 300 min Cənubi Koreya qüvvələri həm döyüş meydanı təlimləri keçirəcək həm də kompyuterdə simulasiya olunan Şimali Koreya hücumlarına cavab verəcəklər.

Lakin keçmiş təlimlərdən fərqli olaraq, bu ilki təlimlərdə Pxenyandakı rəhbərliyi hədəf alan hücum əmaliyyatlarının əvəzinə müdafiə əməliyyatlarına üstünlük veriləcək.

ABŞ-ın nüvə gücünə malik bombardmançıları və təyyarə daşıyıcılarının da bu dəfəki təlimlərdə yer almayacağı gözlənilir.

Belə görünür ki, təlimlərin miqyasının azaldılması bu yaxınlarda hədələyici raket və nüvə sınaqlarını dayandırmağa və bunun əvəzinə Cənubi Koreya və ABŞ-la nüvəsizləşdirmə ilə bağlı danışıqlar aparmağa razılaşan Şimali Koreya ilə diplomatik momentumu qoruyub saxlamaq üçün edilən bir güzəştdir.

Ancaq nüvə danışıqlarında əsas diqqətin birgə təlimlərin məhdudlaşdırılıb, tamamilə dayandırılmasına ayrılacağına dair narahatlıqlar var.

Kim Conq Un
Kim Conq Un

“Nüvəsizləşdirmə məsələsində irəliləyiş əldə edə bilmək üçün Cənubi Koreya gələcəkdə birgə hərbi təlimləri ya azaldıb, ya da ləğv etməlidir,” deyə ASAN Siyasi Araşdırmlar İnstitutundan Qo Myonq-Hyun bildirir.

Şimali Koreya lideri Kim Conq Un bu yaxınlarda Cənubi Koreyadan diplomatik nümayəndələr ilə görüşü zamanı daha öncə işğal məşqləri adlandırdığı birgə təlimlərə etiraz etməyib.

Şimali Koreya Koreya Yarımadasının nüvəsizləşdirilməsi ilə bağlı aydın fikrini bildirib və onlara qarşı hər hansı hərbi təhlükə olmadığı və rejiminin təhlükəsizliyi təmin olunduğu təqdirdə nüvə proqramını davam etdirməyə ehtiyacın qalmayacağını söyləyib.
Çanq Ei-Yonq

Lakin Kim deyib ki, nüvəsizləşdirilmənin əsas şərti olaraq Şimali Koreyaya qarşı hərbi təhlükəyə son qoyulmalıdır.

“Şimali Koreya Koreya Yarımadasının nüvəsizləşdirilməsi ilə bağlı aydın fikrini bildirib və onlara qarşı hər hansı hərbi təhlükə olmadığı və rejiminin təhlükəsizliyi təmin olunduğu təqdirdə nüvə proqramını davam etdirməyə ehtiyacın qalmayacağını söyləyib,” Cənubi Koreyanın milli təhlükəsizlik müşaviri Çanq Ei-Yonq deyir.

Cənubi Koreya prezidenti Mun Cae-in ölkəsinin ABŞ-la olan hərbi ittifaqını davam etdirməklə Şimali Koreya ilə münasibətlərini yaxşılaşdırmaq arasında balans yaratmağa çalışır.

Şimali Koreyaya qarşı maksimum təzyiq sanksiyalarını davam etdirməyi vəd edən və lazım olsa hərbi gücdən istifadə etməyə hazır olduğunu deyən ABŞ prezidenti Donald Tramp həm Kimlə görüşməyə, həm də Munun birgə təlimləri azaltmaq təklifini qəbul edərək, diplomatiyaya şans verməyə hazır olduğuna işarə edib.

XS
SM
MD
LG