Accessibility links

Müdafiə naziri Cim Mattis: ABŞ Cənubi Koreya ilə çiyin-çiyinə döyüşməyə hazırdır


ABŞ müdafiə naziri Cim Mattis Birləşmiş Ştatların tutduqları mövqelərdən geri çəkilməyəcəyini və Koreya yarımadasında gərginliyin aradan qaldırılması istiqamətində çalışan diplomatları etibarlı hərbi variantlarla təmin etməyi davam edəcəyini bildirib.

Pearl Harbora enişdən öncə müxbirlərlə danışan Mattis qeyd edib ki, ABŞ Şimali Koreyanın hücum etdiyini halda Cənubi Koreya ilə birlikdə döyüşə hazırdır.

“Həmin hərbi variantlar 1953-cü ildən bəri qüvvədə olub. Bu gün də qüvvədədir. Biz elə bu gecə, hücuma məruz qalsalar cənubi koreyalılarla çiyin-çiyinə döyüşə bilərik.” – deyə müdafiə naziri bildirib.

Pentaqon rəhbəri cümə günü Havayda Cənubi Koreyanın müdafiə naziri Sonq Yonq-Mu ilə görüşə hazırlaşırdı. Mattisinin sözlərini görə, bu görüş “nüvəsiz Koreya yarımadası” siyasətinə həsr ediləcək.

Görüş Şimali Koreya və Cənubu Koreyanın növbəti ay keçiriləcək Qış Olimpiya Oyunları haqqında müzakirələri ərəfəsində keçirilir. Şimali Koreya Oyunlara nümayəndə heyəti göndərməyə razılıq verib.

Şimali Koreya ilə ABŞ arasında gərginlik sentyabr ayında Pxenyanın keçirdiyi altıncı və ən böyük nüvə sınağından sonra artıb.

Pxenyan bununla bərabər, ballistik raket proqramını da inkişaf etdiyimə davam edir və bununla ABŞ-ı hədələmək imkanına malik olacağına ümid edir.

ABŞ prezidenti Donald Tramp öz ölkəsini və müttəfiqlərini müdafiə etmək məcburiyyətində qaldığı halda Şimali Koreyanın “tam məhv etməklə” hədələyib. Bununla bərabər, Tramp dəfələrlə Şimali Koreya lideri Kin Conq Un ilə görüşə hazır olduğunu qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG