Accessibility links

ABŞ və Çin ikitərəfli ticarət münasibətləri ilə bağlı razılıq əldə etməyə çalışır


Vaşinqtonda ABŞ və Çin arasında keçirilən ticarət danışıqları çərçivəsində tərəflərin nümayəndələri razılıq əldə etməyə çalışacaqlar.

ABŞ-ın maliyyə naziri Stiv Mnuçin Çinin vitse-premyeri Liu He və digər rəsmilər ilə görüşlərdə iştirak edir.

Ağ Ev bildirir ki, görüşlər iki həftə öncə Pekində keçirilən danışıqların davamıdır və ABŞ-Çin ikitərəfli iqtisadi münasibətlərin balanslaşdırılması məqsədi daşıyır.

Əlavə edilir ki, hədəflərdən biri ABŞ və Cinin mart ayında tariflərlə bağlı dəyişikliklər etdikdən sonra başlaya biləcək ticarət müharibəsinin qarşısının alınmasıdır.

Lakin Çin ilə danışıqlarda sərt mövqeyinə baxmayaraq, qanunvericilərin çoxu Trampın Çinin nəhəng texnologiya şirkəti olan ZTE-ni xilas etmək səylərindən çaşqınlığa düşüb.

ABŞ Ticarət Nazirliyinin ZTE-yə istehlak məhsulları üçün Amerika istehsalı olan komponentləri əldə etməyinin qarşısını aldıqdan sonra şirkət zavodlardan birini bağlamağa və fəaliyyətinin əhəmiyyətli hissəsini dayandırmağa məcbur olub.

ZTE həmin komponentləri İran və Şimali Koreyaya satılan məhsullar üçün istifadə edirdi. Bu isə ABŞ-ın tətbiq etdiyi ticarət embarqosunun pozuntusu idi.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG