Accessibility links

ABŞ-da bir gündə koronavirusa 512 mindən çox yoluxma halı qeydə alınıb


Cons Hopkins Universitetinin Koronavirus Resurs Mərkəzinin yaydığı məlumatlara görə, ABŞ-da çərşənbə axşamı 512 00dən çox koronavirusa yeni yoluxma halı qeydə alınıb. Bu, pandemiya başlayandan bəri bir gündə qeydə alınan ən yüksək rəqəmdir.

Bir günlük rekord çərşənbə axşamı New York Times-ın ABŞ-da yeddi gündə 267 000-dən çox yoluxma halının olduğunu göstərən məlumat ilə üst-üstə düşür.

Son artım rekord sayda uşağın COVID-19-a yoluxması və xəstəxanaya yerləşdirməsi ilə bağlıdır.

ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi sürətlə yayılan omikron variantının yaratdığı yeni koronavirus halları ilə bağlı əvvəlki proqnozlarını azaldıb. Federal Səhiyyə Agentliyi çərşənbə axşamı bildirib ki, omikron bütün variantların təxminən 59 faizini təşkil edir ki, bu da keçən həftə elan edilən 73 faizdən xeyli azdır.

Birləşmiş Ştatlar rekord sayda yeni infeksiyaların olduğunu bildirən bir neçə ölkə arasındadır. Çərşənbə axşamı Fransa bir günlük yoluxma hallarının rekord həddə çatdığını, 179 807 yeni halın qeydə alındığı barədə məlumat verib. Bu, pandemiya başlayandan bəri dünyada bir günlük ən yüksək göstəricidir.

Dünyanın ən yüksək yoluxma nisbətinə sahib olan Danimarkada bazar ertəsi bir gündə 16,164 yeni yoluxma halının qeydə alındığı bildirilib.

Çərşənbə axşamı bir günlük infeksiyaların yeni rekord sayda olduğunu bildirən digər Avropa ölkələri arasında 138 831-lə Britaniya, 21 657 ilə Yunanıstan, 78 313-lə İtaliya, 17 172 ilə Portuqaliya, 99 671 nəfərlə İspaniya da var.

Avstraliyada da omikrona yeni yoluxma halları dramatik şəkildə artıb. Çərşənbə günü təxminən 18 300 yoluxma halı qeydə alınıb ki, bu, bir gün əvvəl, çərşənbə günü qeydə alınan 11 300 yoluxmadan xeyli çoxdur.

Avstraliyanın ən sıx əhalisi olan Yeni Cənubi Uels ştatında çərşənbə günü 11 200-dən çox infeksiyanın qeydə alındığı bildirilib. Bu, əvvəlki gün qeydə alınan 6 602 yeni hadisədən təxminən iki dəfə çoxdur.

Ümumdünya Səhiyyə Təşkilatının bildirdiyinə görə, keçən həftə dünya boyu qeydə alınan yoluxma hallarının sayı 11 faiz artıb. Birləşmiş Millətlər Təşkilatı çərşənbə günü bildirib ki, omikronun yaratdığı risk “çox yüksək” olaraq qalır.

XS
SM
MD
LG