ABŞ prezidenti Donald Tramp Demokratlar və onun Ukrayna lideri ilə telefon söhbəti haqda şikayət yazana qarşı hücumlarını davam etdirir. Tramp onları xəyanətdə ittiham edir. Nümayəndələr Palatasının demokratları isə Ağ Evdən sənədlər tələb etməklə impiçment prosesini davam etdirməyə çalışır.
Ağ Evdə Finlandiya prezidenti Sauli Niinisto ilə görüşü zamanı belə Tramp iyul ayı Ukrayna prezidenti ilə telefon söhbəti qalamqalını qaldıran şəxsə qarşı hücumlarını davam etdirib.
Federal qanunlar altında çalışan və spesifik cavabdehlik daşıyan Konqres nümayəndəsini xəyanətkarlıqda ittiham etmək məncə qəbuledilməzdir.
"O ya tam yanlış məlumat alıb, ya bunu uydurub, ya da ona məlumatı verən şəxs qeyri-səmimi olub, çünki həmin şəxs casusdur," Tramp deyib.
Demokratlar impiçment prosesini Trampın rəqibi, sabiq vitse-prezident Co Baydenə xələl gətirəcək məlumat tələbi ilə telefon danışığı ilə bağlı Ağ Evdən sənədlər istəyir.
"Prezident bütün bunları şikayətçi ilə əlaqələndirir. İnsanlara onun xəyanətkar olduğunu göstərmək, ona casus və xain kimi münasibət bəslənilməsini istəyir. Bu isə şahidin açıq-aşkar qorxudulması və zorakılığın təhrikidir", Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin sədri Adam Şiff bildirib.
Prezident dəfələrlə Trampın telefon söhbəti haqda danışan Adam Şiffi "xain" adlandırıb.
"Prezidentin sözləri presedentsiz və olduqca təhlükəlidir. Federal qanunlar altında çalışan və spesifik cavabdehlik daşıyan Konqres nümayəndəsini xəyanətkarlıqda ittiham etmək məncə qəbuledilməzdir," Brukinqz İnstitutundan Con Hudak bildirib.
Nümayəndələr Palatasının üç komitəsi ABŞ-ın Ukratnadakı keçmiş səfiri Mari Yovanovitç və ötən həftə istefa verən Ukrayna üzrə xüsusi nümayəndə Kört Volker daxil edilməklə, Dövlət Departameninin hazırkı və sabiq üzvlərinin ifadə verməsini tələb edir.
ABŞ dövlət katibi Mayk Pompeo demokratların Dövlət Departamenti işçilərini qorxutmaq istədiyini bildirib.
İfadə verməyə çağırılan Pompeo telefon söhbətində iştirakını təsdiq edib.
"Telefon söhbəti Amerikanın Ukrayna ilə bağlı siyasəti kontekstində baş verib və mən il yarımdır dövlət katibi olaraq bu siyasətlə yaxından tanışam."
Demokratlar isə xəbərdarlıqla çıxış edib ki, Tramp administrasiyasının impiçment prosesinə mane olması səyləri ədaləti əngəlləmək cəhdi kimi qiymətləndiriləcək.