Accessibility links

ABŞ Əfqanıstanla bağlı strategiyasını dəyişdirmədiyini bildirir [Video]


ABŞ Əfqanıstanla bağlı strategiyasını dəyişdirmədiyini bildirir
please wait

No media source currently available

0:00 0:02:29 0:00

ABŞ Əfqanıstanla bağlı strategiyasını dəyişdirmədiyini bildirir

Taliban terrorist qrupunun Əfqanıstandakı mülki əhalini hədəf alan ölümcül hücumlarından bir neçə gün sonra, bazar ertəsi prezident Donald Tramp ABŞ-ın qiyamçı qruplarla danışıqları sonlandırdıqlarını elan edib.

“Hər tərəfdə günahsız insanları öldürürlər. Bütün Əfqanıstan boyunca ailələri, uşaqları bombalayırlar. Biz artıq Talibanla danışıqlar aparmaq istəmirik.” – deyə, Donald Tramp bildirib.

Prezidentin çıxışından bir gün sonra ABŞ-ın Dövlət katibinin müavini Con Sullivan Kabil şəhərində Əfqanıstan hökumətini əmin edib ki, ABŞ müharibənin viran qoyduğu bu ölkəyə yardımlarını davam etdirəcək.

"Prezident siyasətimizdə dəyişiklik elan etməyib, çünki bizim siyasətimiz konkret şərtlərə əsaslanır. Prezident son bir neçə həftədir üzləşdiyimiz dəhşətli terror aktlarına münasibət bildirib. Münaqişənin sülh yolu ilə həlli üçün Talibanı danışıqlar masasına əyləşdirənə qədər bizim Əfqanıstan hökümətinə və əfqan xalqına dəstəyimiz davam edəcək." – deyə, Con Sullivan qeyd edib.

Əfqanıstan prezidenti Əşrəf Qaninin sözçüsü Amerikanın Səsinə bildirib ki, Əfqanıstan hökuməti indiki vəziyyətdə cavabı danışıqlar masasında yox, döyüş meydanında axtarmağa məcburdur.

“Taliban tərəfindən Kabil və digər əyalətlərdə həyata keçirilən son cinayətlər praktik olaraq qırmızı xəttin keçilməsidir. Hazırda Əfqanıstan hökuməti xalqın, dini alimlər və siyasətçilərin tələbi ilə terroristlərə qarşı mübarizə aparmaq üçün bütün imkanlarını səfərbər etməlidir.” – deyə, Əfqanıstan prezidentinin sözçüsü Hüseyn Murtazavi bildirib.

Bəzi analitiklər hesab edir ki, Əfqanıstandakı 16 illik hərbi iştirakına baxmayaraq ortada ABŞ-ın nümayiş etdirə biləcəyi bir iş yoxdur.

“Biz danışıqlar aparmayacağıq. Biz öz yolumuzla döyüşməyə davam edəcəyik. Təəssüf ki, illərdir bu yolu sınaqdan keçirsək də bir işə yaramayıb. Qiyamçıları öldürməklə onların sonuna çatmaq mümkün deyil.” – deyə, Rand Corporation-un təhlilçisi Rebekka Zimmerman şərh verib.

Çərşənbə günü Talibanın sözçüsü ABŞ-I Əfqanıstanın “əşğalını” uzatmaqda günahlandıraraq əlavə edib ki, Tramp və onun müharibə tərəfdarları Taliban tərəfindən qızılgüllərlə yox, eyni müharibə reaksiya ilə qarşılaşacaqlar

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG