Accessibility links

ABŞ-ın Əfqanıstan və Pakistandakı xüsusi nümayəndəsi vəzifəsindən istefa edib


ABŞ-ın Əfqanıstan və Pakistandakı xüsusi nümayəndəsi istefa verib.

Laure Miller vəzifəsindən cümə günü ayrılıb. Onun yerinə təyin olunacaq şəxsin adı açıqlanmayıb.

Xüsusi nümayəndənin istefası ABŞ-ın Talibana qarşı mübarizə aparmaq üçün Əfqanıstana minlərlə əlavə qoşun göndərməyə hazırlaşdığı vaxta təsadüf edir.

Cümə günü Politico xəbər agentliyinin verdiyi məlumata görə, diplomatlar xüsusi nümayəndənin ofisinin bağlandığını və vəzifəyə aid bütün öhdəliklərin Dövlət Departamentinin Cənubi və Mərkəzi Asiya Məsələləri üzrə Bürosuna həvalə ediləcəyini düşünüblər.

Cümə günü axşam saatlarında dövlət katibi Reks Tillerson bəyanat yayaraq xüsusi nümayəndə ofisi ilə bağlı bir qərar vermədiyini deyib. Tillerson mümkün 30 faizlik büdcə kəsiri ilə üzləşən Dövlət Departamentində xüsusi nümayəndələrin sayını azaltmağı planlaşdırdığını bildirib.

XS
SM
MD
LG