Accessibility links

Amerikalı veterana yeni qollar verilib


Əfqanıstanda hər iki qolunu partlayış zamanı itirən Birləşmiş Ştatlar hərbi dəniz piyadalarının serjantı üzərində transplant əməliyyatı keçirilib.

Hisslərin onun barmaqlarına qayıtması bir il vaxt apara bilər.

Serjant Con Pek 2010-cu ildə xəsarət alıb. Avqust ayında Bostonda yerləşən Briqham və Qadın xəstəxanasında beyin ölümü keçirən bir xəstənin qollarını transplant əməliyyatı keçirərək ona birləşdiriblər.

"Donorun ailəsinə dərin başsağlığı verirəm. Mən heç təsəvvür edə bilmirəm ki, siz nə qədər ağrı keçirirsiniz, amma əmin etmək istəyirəm ki, əzizinizin ölümü hədər olmayacaq. Hər gün mən yeni qollarıma baxıb onu xatırlayacağam. Mən təslim olmayacağam," deyə Con Pek bildirib.

Doyüş meydanında bədən üzvlərini itirmiş hərbçilərin transplant əməliyyatlarına ehtiyacları yaranır.
Doyüş meydanında bədən üzvlərini itirmiş hərbçilərin transplant əməliyyatlarına ehtiyacları yaranır.

14 saat sürən əməliyyatda 60 cərrah, tibb bacısı və digər texniklər iştirak edib.

Pekin yeni qollarından istəfadə etməsi bir ilə qədər vaxt alacaq.

Bu müddət ərzində o, yeni qollarını qoruyacaq xüsusi cihaz taxacaq. Hisslərin onun barmaqlarına qayıtması bir il vaxt apara bilər.

ABŞ səhiyyə nəhəngi Con Hopkins Tibb təşkilatı dünya boyu qol və əl transplant əməliyyatı keçirən insanların 100-dən az olduğunu deyir.

XS
SM
MD
LG