Accessibility links

Pentaqon Trampın istədiyi hərbi parad üzərində çalışır [Video]


Pentaqon Trampın istədiyi hərbi parad üzərində çalışır
please wait

No media source currently available

0:00 0:01:53 0:00

Çərşənbə günü müdafiə nazirinin sözlərindən məlum oldu ki, hərbi parad reallaşdırıla bilər.

Cim Mattis, ABŞ müdafiə naziri: “Biz bəzi variantlar üzərində düşünüb, qərar verilməsi üçün Ağ Evə göndərmişik.”

Gözlənilməz görünən bu prezident göstərişi səbəbləri haqqında fikirlər müxtəlifdir.

Məsələn, Mattis deyir ki, bu, prezident Trampın hərbçilərə olan sevgisindən irəli gəlir.

Cim Mattis, ABŞ müdafiə naziri: “Prezidentin orduya olan hörməti və sevgisi, məncə, bu istəkdə özünü nümayiş etdirir.”

Digərləri səbəbinin özünəvurğunluq olduğunu düşünür.

General Mayor Pol İton, Təqadüddə olan hərbçi: “Bunun hərbçilərə heç bir aidiyyatı yoxdur. Bu, baş komandanın həssas eqosunun sakitləşdirilməsidir.”

Tramp dəfələrlə keçən il Parisdə gördüyü hərbi paraddan daha yaxşı parad keçirilmək istədiyini deyib.

Əzəmətli hərbi paradlar Birləşmiş Ştatlarda nadir hallarda baş verir. Məsələn, ən sonuncusu 1990-cı ildə körfəz qələbəsi münasibətilə keçirilmişdi.

Tənqidçilər deyir ki, paradlar daha çox dikator rejimlərinə xasdır. Məsələn, Şimali Koreyanın raket paradları, Rusiyada Qırmızı Meydanda onilliklər ərzində keçirilən paradlar və ya Çində Trampın səfərinə həsr edilən parad.

Təqaüddə olan general İton deyir ki, ordunun görməli olduğu daha vacib işləri var.

General Mayor Pol İton, Təqadüddə olan hərbçi: “Əfqanıstanda olan proseslər, İraqda baş verən hadisələr və Şimali Koreyaya qarşı hazırlıqlar zamanı ordunun başqa işlərə vaxtı yoxdur. Ona görə də, bu böyük miqyasda çox pis fikirdir.”

Senatın ordu məsrəflərini tam təsdiq etdiyi bir zaman, belə bahalı təşəbbüsə pulun ayrılmasını əsaslandırmaq çox çətin ola bilər. Lakin prezident rahatlıqla geri çəkilməməklə tanınır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG