Accessibility links

2017-ci ildə ABŞ immiqrasiya siyasətində böyük dəyişikliklər oldu [Video]


2017-ci ildə ABŞ immiqrasiya siyasətində böyük dəyişikliklər oldu
please wait

No media source currently available

0:00 0:03:39 0:00

Donald Trampın prezidentlik vəzifəsinin icarsına başlamasından hələ heç bir il ötməyib amma o, qaçqınlar, qanunsuz və qanuni immiqrantlar arasında kimin ölkəyə daxil olmaq prioritetinə sahib olduğuna dair bir çox dəyişikliklər edib. Onun seçki kampaniyası zamanı etdiyi vədlərin bəziləri daha yeni həyata keçirilməyə başlasa da, böyük etirazlarlar və hüquqi əngəllərlə üzləşir.

Bu il vədlər...

Biz sərhədləri möhkəmləndirməliyik və divar inşa etməliyik
Donald Tramp

“Biz sərhədləri möhkəmləndirməliyik və divar inşa etməliyik,” deyə ABŞ prezidenti Donald Tramp bildirib.

“RAISE aktı yeni mühacirlər və immiqrantların dövlətdən maddi yardım almalarının qarşısını alır,” Tramp deyib.

Bunların hamısı isə ölkənin sərhədlərində təhlükəsizliyi artırmaq və iqtisadiyyatı gücləndirmək adı altında edilib. Trampın tərəfdarları bunu alqışlayır, milyonlarla digər insan isə lənətləyir. Onların arasında ABŞ-a uşaq ikən gətirilən sənədsiz millenial işçilər, müvəqqəti qorunma statusundan faydalanan insanlar, qaçqınlar və bir neçə ölkədən gələn ziyarətçilər var.

Nyu York kimi müxtəlif millətlər və etnik mənsubiyyətlərə aid insanların yaşadığı şəhərlərdə bir çox insan səsini ucaldır.

“Tramp qorxu vasitəsilə hakimiyyətini gücləndirir. Bunun bizim təhlükəsizliyimizlə heç bir əlaqəsi yoxdur,” deyə səyahət qadağasına etiraz edən Maykl Sandmel bildirir.

“Onlar sadəcə olaraq bizdən qorxur, amma qorxmamalıdırlar, çünki biz birlikdə daha güclüyük,” Sibel Vieira söyləyir.

Amma ABŞ-da gələcək qurmaq ümidi artıq daha da qeyri-müəyyən hal alır. Bir il davam edən mübarizədən sonra Trampın səyahət qadağası artıq səkkiz ölkədən gələn ziyarətçilərə tam şamil olunur. Bu ölkələrin altısı müsəlmanların çoxluq təşkil etdiyi ölkələrdir.

Bundan əlavə isə Tramp höküməti 2017-ci ildə ölkəyə daxil olan qaçqınlarn sayını azaldıb, 2018-də isə onların sayı daha da azalacaq.

Növbəti məqsəd isə ailə əsasında (zəncir) immiqrasiyanı ləğv etməkdir. Bu yaxınlarda Nyu Yorkda baş verən terror insidenti Ağ Evi buna təşviq edib. Tayms Meydanı yaxınlığında hücum həyata keçirməyə çalışan Akayed Ullah ABŞ-a ailə əlaqələrinə əsaslanan F-4 vizası ilə gəlib.

“Prezidentin siyasəti zəncir immiqrasiyasına son qoyulmasına çağırır. Əgər onun siyasəti həyata keçirilsəydi, bu şəxsin Birləşmiş Ştatlara gəlişinin qarşısı alınardı,” deyə Ağ Evin mətbuat katibi Sara Hakbi Sanders bildirib.

1965-ci ildən bəri mövcud olan ailə əlaqələri əsaslı immiqrasiya siyasəti qabiliyyət əsaslı yanaşma ilə əvəzlənəcək və bu qanuni immiqrasiyanı yarı-yarıya azaldacaq.

Tramp həmçinin qeyri-qanuni immiqrasiyaya qarşı daha sərt mübarizə aparacağına söz verib, amma ABŞ-ın immiqrasiya agentliyi 2016-ci il ilə müqayisədə ölkədən 14 min daha az insan çıxarıb. Buna baxmayaraq immiqrasiya həbslərinin sayı artıb.

Prezidentin siyasəti zəncir immiqrasiyasına son qoyulmasına çağırır. Əgər onun siyasəti həyata keçirilsəydi, bu şəxsin Birləşmiş Ştatlara gəlişinin qarşısı alınardı.
Sara Hakabi Sanders

Bu arada isə Haiti, Sudan və Nikaraquadan müvəqqəti qorunma statusundan faydalanan insanların gələn aylar ərzində statusları başa çatacaq və onlar qeyri-qanuni olacaq.

Sentyabr ayında Tramp DACA, yəni valideyinlərinin uşaq ikən ABŞ-a qeyri-qanuni şəkildə gətirdiyi 800 min gənc insan üçün nəzərdə tutulan proqramı ləğv edib. Konqres onlarla bağlı 2018-ci ilin mart ayınadək qərar verməlidir.

“Bir vəkil olaraq mən icmamı məhkəmədə, qanun qarşısında müdafiə edəcəm. Amma bundan əlavə mən icmamı burada , küçələrdə də qoruyacam və biz səsimizi ucaldacağıq,” deyə DAKA-dan faydaalnan hüquqşünas Sezar Varqas bildirir.

Nyu York kimi sığınacaq şəhərlər federal immiqrasiya rəsmiləri ilə məhdud səviyyədə əməkdaşlıq edir, çünki onlar hüquq-mühafizə orqanlarının onlara şəhərdə cinayətə qarşı mübarizə aparmalarına yardım etmələrini istəyir, oradakı icmaları ayırmalarını deyil. Amma Tramp administrasiyası buna qarşı çıxır.

“Belə bir yanlış təsəvvür yaranıb ki, sığınacaq şəhərlər immiqrant icmaları qoruyur. Xeyr, onlar immiqrant icmasının üzvlərinin həbs olunmaq risklərini artırır, çünki onlar bizi həmin şəhərlər və məhəllələrə getməyə məcbur edirlər,” ABŞ İmmiqrasiya və Gömrük Agentliyinin direktor vəzifəsinin icra edən Tomas Homan deyib.

Noyabr ayında hakim sığınacaq şəhərlərə federal yardımın kəsilməsi ilə bağlı təhdidlərin qarşısını alıb və bunun konstitusiyaya zidd olduğunu deyib.

Amma səyahət qadağası kimi, bu məsələ ilə bağlı da məhkəmə işi hələ davam edir.

Trampın cənub sərhədində “böyük, gözəl” divar inşa etmək vədinə gəldikdə, 2018-ci ildə sərhəddə 119 kilometr uzunluğunda divar inşa olunacaq.

XS
SM
MD
LG