Accessibility links

ABŞ-ın qeyri-adi seçki sistemi [Video]


ABŞ-ın qeyri-adi seçki sistemi
please wait

No media source currently available

0:00 0:02:01 0:00

ABŞ-ın qeyri-adi seçki sistemi

Amerika xalqı bir ay öncə səsvermə yolu ilə öz sözünü deyib. Ancaq ABŞ Konstitusiyasına əsasən, prezident hələ seçilməyib. Bunun səbəbi 18-ci əsrdə Birləşmiş Ştatların ictimaiyyətin müdrik qərar verə biləcəyinə inanmayan millət atalarının yaratdığı köhnəlmiş sistemlə bağlıdır.

Ötən ay amerikalı seçicilər səs verib prezidenti seçdi. Yəni ən çox səs qazanan namizəd qalib gəldi, doğrudurmu?

Seçicilər Kollegiyasının üzvü
Seçicilər Kollegiyasının üzvü

Lakin əslində bu, belə deyil. Hillari Klinton 65.7, Donald Tramp isə 62,9 milyon səs toplayıb. Bəs necə olur ki, Tramp prezident seçilib?

ABŞ konstitusiyasına əsasən prezidentin kim olduğunu Seçicilər Kollegiyasi müəyyən edir.

Hər ştatdan "elektor" adlanan nümayəndələr seçilir və onlar həmin ştatda səslərin əksəriyyətini qazanan namizədə səs verir. Hər ştatın elektor sayı Konqresdəki nümayəndə sayına bərabərdir.

Bu deməkdir ki, daha böyük əhalisi olan ştatların daha çox elektoru var. Daha az əhalisi olan ştatların isə az sayda elektoru olur. Qalib gələn namizəd – hazırda Donald Tramp 270 elektoral səs, yəni səslərin əksəriyyətini toplamalıdır.

Builki səsvermədə Tramp 306, Klinton isə 232 elektoral səs qazanıb.

Bəs o zaman millət ataları nə üçün seçicilər kollegiyasını konstitusiyaya əlavə ediblər? Texasın A&M Universitetində politologiya professoru Corc Edvardsın sözlərinə görə, bəziləri xalqın səsinə etibar etmirdi və daha öncə belə bir şey olmadığı üçün kütləyə güvənməmək normal sayılırdı.

Bu ilə bəzi elektorlara səslərini dəyişmək üçün təzyiqlər edilir, onlar “etibarsız” elektorlar adlanır. Amma nəticənin dəyişməsi üçün Tramp 37 elektorun səsini itirməlidir. Bunun da ehtimalı çox aşğıdır. Bundan əlavə artıq köhnəlmiş seçicilər kollegiyası sisteminin ləğvinə dair fikirlər səslənməkdədir.

Edvardsın fikrincə Seçicilər Kollegiyasının heç bir dəyəri yoxdur. O, siyasi bərabərliyi pozur, yəni bütün səslər bərabər sayılmır.

Bazar ertəsi elektorlar səs vermək üçün bir araya gələcək. Bunun seçki prosesində sadəcə bir formallıq olacağı gözlənilir. Daha sonra yanvarın 20-də isə Donald Tramp prezident kimi inaqurasiyası olacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. Antoni Blinken Sudanın Baş naziri ilə danışıb
please wait

No media source currently available

0:00 0:12:27 0:00

Amerika İcmalı

Amerika İcmalı - 22 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG