Accessibility links

ABŞ-da iqtisadi artım tempi yavaşıyır


İqtisadiyyatın yavaşımasının göstərici olaraq, ABŞ-da istehlak xərcləri və ixrac birinci rübdə düşünüldüyü dərəcədə güclü olmayıb.

Cümə axşamı Ticarət Nazirliyi iqtisadiyyatın artım tempinin yanvar-mart aylarında 1.9 faiz olduğunu təsdiqləməsinə baxmayaraq, hazırki rübdə qeydə alınan ümumi artım ürəkləndirici deyil.

Başqa bir araşdırma göstərib ki, keçən həftə işsizlik müavinətləri üçün müraciət edən amerikalıların sayında azalma müşahidə olunub. Buna baxmayaraq, müraciətlər hələ də yüksək həddədir ki, bu da əmək bazarının hələ də çətinliklərlə üzləşdiyini göstərir.

İqtisadçıların rəyinə görə zəif məlumat axını nəzərdə tutulmuş bərpa planını dəstəkləmək üçün Federal Ehtiyatlar Bürosunu üçüncü dəfə qiymətli kağızları almağa sövq edə bilər.

ABŞ Mərkəzi Bankı əldə olan səhmlərin yenidən qiymətləndirilməsi proqramını uzatmaqla xərclərini az tutmaq və izafi ödənişin qarşısını almaq üçün keçən həftə maliyyə siyasətini yüngülləşdirdi.

ABŞ-da iqtisadi fəaliyyətin 70% ni təşkil edən istehlakçı xərcləri ilk rübdə 2.5% səviyyədə artım göstərib, hərçənd ki, bundan əvvəlki rəqəm 2.7% idi.

Aprel və may aylarında istehlakçı xərclərinin azalması ilə pərakəndə satışlarda azalma müşahidə olunub.

İxracat 7.2 faiz əvəzinə 4.2 faiz artıb. İnkişafın ikinci rübündə iqtisadi impulsun həm istehlakçı xərclərində həm də ixracda düşməsi heç də yaxşı göstərici deyil.
XS
SM
MD
LG