Accessibility links

ABŞ-da yeni iş yerləri açılsa da, həmin işlərə müvafiq peşəkarlar tapmaqda çətinlik çəkilir [Video]


ABŞ-da yeni iş yerləri açılsa da, həmin işlərə müvafiq peşəkarlar tapmaqda çətinlik çəkilir
please wait

No media source currently available

0:00 0:02:09 0:00

ABŞ iqtisadiyyatı noyabr ayında 228,000 yeni iş yeri açmaqla müsbət təsir bağışlamağa davam edir. 4.1 faiz işsizlik göstəricisi son 17 ilin ən aşağı rəqəmidir. Lakin yeni iş yerlərin açılmasına baxmayaraq, bu işlərə uyğun ixtisaslı peşəkarların sayı kifayət qədər deyil.

ABŞ iqtisadiyyatının gözləndiyindən daha sürətli artımı və maliyyə səhmlərinin yüksəlişi noyabr ayında da davamlı olaraq yeni iş yerlərinin açılmasına yardım edir.

“Bu həqiqətən də təqdirəlayiqdir. 2009-cu ilin ortalarından başayan iqtisadi artım hələ də hər ay sabit sayda yeni iş yerlərin açılamasına təsir edir. Növbəti illər üçün proqnozlar çox müsbət görünür.”
Əmək haqqı artımı ilə bağlı rəqəmlər məyusedici olmasına baxmayaraq, istehlakçılar kifayət qədər fəaldır. Biznes İqtisadiyyatı naminə Milli Assosiasiyanın sonuncu sorğusu buna işarə edir.

“İstehlakçıların əminliyi gördüyünüz kimi yeni yüksəkliyə çatıb. Bununla bərabər sərmayələr də kifayət qədər möhkəm olub.”

Buna baxmayaraq, çoxlu iş vakansiyaları mövcuddur. İşə düzəltmə agentlikləri deyirlər ki, bu işləri görə biləcək peşəkarların sayı azalmaqdadır.

“Yeni texnologiyalar yeni ixtisaslar tələb edən iş yerlərinin açılması deməkdir. Ona görə də, çoxlu iş yerləri açılsa da, bu işləri görə biləcək ixtisaslı mütəxəssislərin sayı kifayət qədər deyil.”

Şirkətlər bu vəziyyətə işə götürmə strategiyasını dəyişməklə cavab verməyə çalışırlar. Randstad Sourceright-ın sonuncu "İstedad Trendləri Hesabatı"nda bildirilir ki, sorğuda iştirak edən şirkətkərin 60 faizi tam ştat vəzifələrin üçdə birini kontraktorla əvəz edəcək.

“İş axtaranların çoxu gələcəyə baxmır. Onlar indi əldə edə biləcəkləri işlərə diqqət yetirirlər. Nəzərə almırlar ki, həmin işlər dəyişir.”

Lakin iqtisadiyyatın müvəqqəti iş yerləri tərəfə dəyişməsi ənənəvi işçilər üçün çətinliklər yaradacaq.

“Bu böyük imkanların açılmasına şərait yaratmaqla yanaşı çoxlu qeyri-müəyyənliklərə səbəb olacaq. İnsanların maliyyə cəhətdən lazımı planları etmək imkanları olmayacaq və səhiyyə sığortası kimi məsələlərə görə narahatlıqlar yaranacaq.”

İş agentləri deyirlər ki, bu cür sürətlə deyişən əmək bazarında rəqabətli olmaq üçün çevik və bacarıqların dövrə uyğun olmasını təmin etmək lazımdır.

“Nə qədər çox yeni şeyləri öyrənsən və adaptasiya etsən, o qədər də bazarda sənə tələb olacaq.”

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG