Accessibility links

ABŞ Yəməndə husilərə yardım göstərdiklərinə görə 5 iranlıya qarşı sanksiya tətbiq edib


Yəməndə husi üsyançılarının tərəfdarları
Yəməndə husi üsyançılarının tərəfdarları

Birləşmiş Ştatlar çərşənbə axşamı günü Yəməndə husi üsyançılarına təlim vermiş və onları Səudiyyə Ərəbistanına qarşı raket zərbələrinin endirilməsində istifadə edilmiş silahlarla təmin etmiş iranlılara qarşı sanksiyalar tətbiq edib.

ABŞ-ın Ədliyyə nazirliyinin bəyanatında Mehdi Azarpişeş, Məhəmməd Cəfəri, Mahmud Kazemabad, Cavad Şir Amin və Seyid Məhəmməd Tehraniyə qarşı sanksiyaların tətbiq edildiyi bidirilir.

Bildirilir ki, əldə olan məlumatlara əsasən, onlardan dördü İranın İnqilabi Qvardiyası Korpusu vasitəsilə üsyançı qrupa ballistik raketlər sahəsində təlim verib və onu “hazırkı münaqişəyə qədər Yəməndə mövcud olmayan silahlarla” təmin edib.

Seyid Məhəmməd Tehraniyə qarşı isə İranın İnqilabi Qvardiyası Korpusunun maliyyələşdirilməsi ilə əlaqədar olaraq sanksiyaların tətbiq edildiyi bildirilir.

Yeni sanksiyalar Tramp administrasiyasının İrana qarşı yeni iqtisadi təzyiq strategiyasının bir hissəsi olaraq tətbiq edilir.

Ədliyyə Nazirliyi yeni sanksiyaların tətbiq edildiyini ABŞ dövlət katibi Mayk Pompeonun Birləşmiş Ştatların İranın Yəməndə husilərə yardım göstərməsinə son qoyacağı ilə bağlı açıqlama verməsindən bri gün sonra elan edib.

Yəmən hökuməti İranın dəstəklədiyi husi üsyançılarına qarşı 2015-ci ildən mübarizə aparır. Müharibə nəticəsində on minlərlə insan həyatını itirib, ölkə isə aclıq həddinə çatıb.

Səudiyyə Ərəbistanı husi üsyançılarını mayın 9-da ölkənin şəhərləri və neft insfrastruktruna qarşı raket hücumları keçirməkdə ittiham edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG