Accessibility links

ABŞ-da işsizlik cüzi artıb


ABŞ-da yanvar ayında işsizlik azacıq qalxsa da, yeni iş yerlərinin sayı əksər iqtisadçıların proqnozlarını üstələyib.

Cümə günü Əmək Departamentinin yaydığı hesabatda işsizliyin 0.1 faiz qalxaraq 4.8 faizə çatdığı qeyd olunur. Amerikada əməkçilər son dörd həftə ərzində iş axtarmırlarsa, onda işsiz sayılmırlar.

Ötən 7 ildə ABŞ-da 15 milyon iş yeri açılıb və işsizlik bir ildir ki, 5 faizdən aşağıdır.

Yanvar ayında 227,000 yeni iş yeri açılıb. Əksər yeni iş yerləri inşaat və pərakəndə satış sahələrində qeydə alınıb.

PNG Bankının iqtisadçısı Gus Faucher deyir ki, maaş artımları son ayda qeydə alınsa da intensivləşmə müşahidə edilmir. Onun sözlərinə görə bu, təəccüb doöurur. Belə ki, son 7 ildə ABŞ iqtisadiyyatında 15 milyon iş yeri açılıb və işsizlik bir ildir ki, 5 faizdən aşağıdır.

Satistika göstərir ki, 7.7 milyon amerikalı hələ də işsizdir və əlavə 5.8 milyon adam tam ştatla işləmək istəsə də, yalnız yarımştat işlər tapa bilib.

Həmin rəqəmlər yanvar ayında az dəyişib.

Yerdə qalan yarım milyon adam “həvəsdən düşmüş” kateqoriyasına şamil edilir ki, onlar iş tapa bilməyəcəklərinə əmin olaraq iş axtarışını dayandırıblar.

XS
SM
MD
LG