Accessibility links

ABŞ hökuməti koronavirusun iqtisadi ziyanlarını azaltmaq üçün amerikalılara nağd pul verməyi nəzərdən keçirir


ABŞ Dolları
ABŞ Dolları

Federal hökumət koronavirus pandemiyasının iqtisadi zərələrini yumşaltmaq üçün amerikalılara tez bir zamanda pul göndərməyi nəzərdən keçirir.

Düşünürəm ki, biz amerikalılara mümkün qədər tez pul çatdırmaq üçün nə isə edəcəyik,” prezident Tramp çərşənbə axşamı Ağ Evdə müxbirlərə deyib.

“Prezident mənə bunu dərhal etməyimiz üçün göstəriş verib,” maliyyə naziri Stiv Mnuçin deyib. "Biz amerikalılara dərhal çek göndərməyi nəzərdən keçiririk. Və biz bunu növbəti iki həftə ərzində etməyi planlanlaşdırırıq.”

Tramp administrasiyası iqtisadiyyata 850 milyard dollar pul buraxmaq üçün Konqresin təsdiqini gözləyir. Bu pula kiçik bizneslərə kredit məqsədilə ayrıtlan 250 milyard dollar və ABŞ hava yollarına 50 milyard dollarlıq yardım paketi daxildir.

Bundan əlavə Nümayəndələr Palatası bir başqa 100 milyard dollarlıq yardım paketini təsdiq edib. Bu yardım paketinə COVID-19-un təsirlərinə məruz qalan işçilərin işə getmədiyi günlər ödəniş alması, işsizlik sığortası və digər imtiyazlar daxildir.

Federal Ehtiyat Beürosu çərşənbə axşamı bizneslərə 1 trilyon dollara yaxın kredit vermək istədiyini elan edib.

Bu açıqlama ABŞ səhm birjasında müsbət qarşılanıb. Ən əsas birja indeksləri çərşənbə axşamı səhər saatlarında azalandan sonra yenidən yüksəlib.

Dow Jones indeksi bazar ertəsi 1987-ci ildə baş verən “Qara bazar Ertəsindən” bəri ən pis göstərici əldə etmişdi.

"Hər kəs səhm bazarını açıq saxlamaq istəyir. Əgər onların ehtiyacı olsa, biz səhm bazarındakı əmliyyatların saatlarını qısaltmağa məcbur ola bilərik.”, Mnuçin deyib.

Prezident koronavirus pandemiyası bitəndən sonra səhm bazarının “heç kəsin daha öncə görmədiyi şəkildə artacağını” ehtimal edir.

İnvestisiya bankı Goldman Sachs ABŞ-da bu ilin ilk rübündə iqtisadi artımın olmayacağını, ikinci rübdə isə illik beş faizlik geriləmənin olacağını proqnozlaşdırır.

“Fikrimcə çox sayda insan bizim, ən azından Birləşmiş Ştatların, artıq tənəzzülə doğru getdiyimizi düşünür,” İkipartiyalı Siyasət Mərkəzinin iqtisadi siyasət idarəsinin direktoru Şaki Abbas deyir.

Ağ Ev bazar ertəsi Birləşmiş Ştatlarda insanlara növbəti 15 gün ərzində 10-dan çox insanın iştirak etdiyi tədbirlərə getməməyi tövsiyyə edib.
ABŞ-ın 50 ştatında 6400-dən çox yoluxma halı qeydə alınıb.

Ölkə boyu xəstəlik nəticəsində azı 100 nəfər ölüb. Ölüm hallarının çoxu Vaşinqton və Nyu York ştatlarında baş verib.

Dünyaya Baxış

Dünyaya Baxış. İsrail ABŞ-ın bəzi silah tədarükünü dayandırmaq qərarına etiraz edir
please wait

No media source currently available

0:00 0:13:11 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG