Accessibility links

ABŞ müdafiə naziri Rusiyanın Suriyadakı mövqeyini tənqid edib


Eş Karter Putinin Suriya siyasətini düşüncəli şəkildə nəzərdə keçirmədiyini deyib

ABŞ müdafiə naziri Eş Karter deyib ki, Rusiya Suriyadakı əməliyyatlarında "haşiyədən çox qırağa çıxıb".

Karterin bu gün Reyqan Milli Müdafiə Forumunda dediyinə görə, Rusiya prezidenti Vladimir Putin ölkəsinin Suriya siyasətini düşüncəli şəkildə nəzərdən keçirməyib.

"Rusiya artıq təhlükəli yanğının üzərinə benzin atır və vətəndaş müharibəsini uzadaraq ekstremizmi daha da genişləndirir".

Karter deyib ki, ruslar söz verdikləri kimi İŞİD-ə qarşı mübarizə aparmırlar və onlar siyasi keçidlə bğalı iş görməkdənsə prezident Bəşar Əl-Əsədi dəstəkləyirlər.

Ancaq Karter deyib ki, əgər ABŞ və Rusiya İran məsələsində olduğu kimi ortaq maraqlar uğrunda əməkdaşlıq etsə, Kreml Suriya vətəndaş müharibəsinə son qoymaqda mühüm rol oynaya bilər.

XS
SM
MD
LG