Accessibility links

ABŞ federal məhkəməsi Arizona şerifinin prezidentin qərarına etirazını qəbul etməyib [Təhlil]


ABŞ federal məhkəməsi Arizona şerifinin qaldırdığı iddianı qəbul etməyib. Şerif prezident Barak Obamanın mühacirət qanunu barədə qərarını Konstitusiyaya zidd olduğunu iddia edir.

ABŞ Məhkəmə Müraciətləri Departamentinin Vaşinqton dairəsi aşağı instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb. Məhkəmə bildirib ki, Marikopa rayonunun şerifi Co Arpaionun prezidentin qərarının səhv olduğuna dair gətirdiyi iddiaların əsası yoxdur.

Ağ Evin mətbuat katibi Erik Şultz bildirib ki, biz məhkəmənin qərarından məmnunuq. O, məhkəmənin doğru qərar verdiyini və federal məhkəmələrin spekulyasiyalara əsaslanaraq qaldırılan iddialara yol verməməsini düzgün addım adlandırıb.

Şultz deyib ki, Ağ Ev administrasiyası prezidentin mühacirət haqda qanunlarını həyata keçirmək üçün hüquqi boşluqlar üzərində işləməyə davam edəcək.

Hakim Nina Pillard bildirib ki, şerif Co Arpainonun prezidentin mühacirət qanununun həyata keçirilməsi nəticəsində cinayətlərin və məhbusların artacağı təxminləri ehtimal və təzadlı fikirlərə dayanan reallıqlara əsaslanır. Cənub-qərbdə yerləşən ABŞ ştatı Arizona Meksika ilə sərhəddir.

Arpaironun vəkili Larri Klayman bildirib ki, o Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə müraciət edəcək.

Prezident Obamanın mühacirət haqda icraedici qərarı noyabr ayında elan edilib. Əgər qərar qəbul edilsə, 5 miliyona yaxın qanunsuz mühacirə iş icazəsi veriləcək və onlar deportasiya təhlükəsindən azad olacaqlar.

Respublikaçılar prezidentin əfv qərarını geniş şəkildə pisləyərək bunu Konstitusiyaya zidd adlandırıb. Nümayəndələr Palatasının spikeri Con Boyner prezidenti kral və imperator kimi hərəkət etməkdə ittiham edib.

Vaşinqtonun 20-yə yaxın ştatının cənab Obamanın qərarına qarşı Apellyasiya məhkəməsində iddialarına baxılmasını gözlədiyi üçün prezidentin mühacirlər haqda verdiyi icraedici qərarı hələlik yerinə yetirilmir.

Fevral ayında Texas məhkəməsinin hakimi hökm oxuyaraq mühacirlər haqda proqramın növbəti mərhələyə keçməsinin qarşısını almışdı.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG