Accessibility links

Bakıda ABŞ-ın Müstəqillik Günü qeyd edilib


ABŞ-ın Müstəqillik Günü
ABŞ-ın Müstəqillik Günü

İyulun 7-də ABŞ-ın Azərbaycandakı Səfirliyi Birləşmiş Ştaların Müstəqillik Bəyamnaməsinin imzalanmasının 241-ci ildönümünü qeyd etmək üçün 4 İyul - Müstəqillik Günü münasibəti ilə qəbul keçirib. Azərbaycanın maliyyə naziri Samir Şərifov da daxil olmaqla yüzlərlə insan qəbulda iştirak edib.

Robert Sekuta və Samir Şərifov
Robert Sekuta və Samir Şərifov

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta bildirib ki, 2017-ci ildə ABŞ-ın müstəqilliyinin 241-ci il dönümünü qeyd olunması ilə yanaşı, həm də ABŞ-Azərbaycan diplomatik münasibətlərinin 25-ci ildönümünü və Azərbaycanın 1918-ci ildə bəyan etdiyi müstəqilliyin 99-cu ildönümü qeyd olunur.

“Azərbaycan qadınlara səs vermək hüququ verən ilk müsəlman ölkəsi olub”.

Səfir sonra deyib ki, Amerika xalqı üçün dörd iyul demokratiyanın qeyd olunmasıdır.

Əli Həsənov, Məzahir Pənahov və Novruz Məmmədov
Əli Həsənov, Məzahir Pənahov və Novruz Məmmədov

"Biz demokratiyamızı sadəcə 1776-ci ildə tamamlanmış bir nailiyyət kimi deyl, davam edən danışıq prosesi kimi qeyd edirik. Biz özümüzü daim və usanmadan sorğulayırıq. Amerikanın daxili tənqidçiləri xarici tənqidçilərindən çoxdur. Özünütəhlil və daha yaxşı olmağa can atma bizi biz edir və bizi güclü edir. Biz davam edən işik –hər bir demokratiya belədir”, o qeyd edib.

Səfirin fikrincə, demokratiya siyasi fəaliyyətlərlə məhdudlaşmır.

“Bu həm də iqtisadi uğurlara nail olmaqda önəmli rol oynayır. Düşünün, - demokratiya şəxsin yaradıcı olmaq ixtiyarı, qanunun aliliyi ilə səciyyələnən ədalətli mühitdə səmərəli rəqabət apara bilmək, müsbət dəyişikliklərə səbəb olmaq, fikirlər demək, istehlakçıların istədiyi mal və xidmətlər təqdim etmək, ictimai firavanlıq və rifahı yaxşılaşdırmaqdır.

ABŞ-ın Müstəqillik Günü
ABŞ-ın Müstəqillik Günü

​Cavabdeh idarəetmə, qanunun aliliyi kimi demokratik prinsiplər sabitlik, rifah və uğur üçün vacibdir. Buna görə, iş yerləri, inkişaf və investisiyalara yeni imkanların lokomotivi olan iqtisadiyyatın şaxələndirilməsinə nail olmaq, iqtisadi inkişaf və rifahı yüksəltmək üçün yaradıcı və yenilikçi sahibkarlara malik olmaq məqsədilə biz iyirmi beş ildir Azərbaycanı dəstəkləyirik”.

Robert Sekuta iki ölkə arasında əlaqələrin bundan sonra da davam edəcəyini diqqətə çatdırıb.

“Birləşmiş Ştatlar müstəqillikdən bəri Azərbaycan xalqı ilə çiyin-çiyinə olub. Biz müstəqil, sabit, çiçəklənən və demokratik Azərbaycanı dəstəkləməyə davam edəcəyik”, o qeyd edib.

ABŞ-ın Müstəqillik Günü
ABŞ-ın Müstəqillik Günü

Azərbaycanın maliyyə naziri Samir Şərifov bildirib ki, ABŞ Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdəndir.

"ABŞ prezidenti Donald Trampın Azərbaycan prezidentinə iqtisadiyyatın şaxələndirilməsi və islahatların aparılmasında dəstək və kömək etməyə hazırlığına dair məktubu əlaqələrimizin möhkəm tərəfdaşlığa söykəndiyini göstərir. Azərbaycan bu əlaqələrin qarşılıqlı hörmət və strateji tərəfdaşlıq ruhunda davat etməsini dəstəkləyir”.

Nazir Azərbaycanın ABŞ-ın Qafqazda ən böyük ticarət tərəfdaşı olduğunu diqqətə çatdırıb.

“Bu gün Azərbaycanda 200 ABŞ şirkəti fəaliyyət göstərir. ABŞ Azərbaycanın həyata keçidiyi transmilli layihələrə hər zaman güclü dəstək ifadə edib və bu mövqe heç zaman dəyişməyib. “Cənub”Qaz Dəhlizi layihəsinin reallaşmasında da ABŞ-ın göstərdiyi dəstək yüksək qiymətləndirilir və bu dəstəyin davam edəcəyinə ümid edirik".

Nazir əlaqələrin digər sahələrdə də inkişafı üçün böyük potensialın olduğunu bildirib.

ABŞ-ın Müstəqillik Günü
ABŞ-ın Müstəqillik Günü

“Beynəlxalq təhlükəsizlik və terrora qarşı mübarizədə də ikitərəfli əlaqələr güclüdür. Xüsusilə Azərbaycan Əfqanıstanda sülhyaratma əməliyyatlarında fəal iştirak edir və bundan sonra da terrora qarşı mübarizəyə töhvə verməyə davam edəcək”.

Şərifov Ermənistan-Azərbaycan münaqişəsindən danışarkən iyulun 4-də Füsuli rayonunun Alxanlı kəndində mülki vətəndaşların öldürülməsinə diqqət çəkib.

“Münaqişə təhlükəsizlik və yüksək səviyyədə əməkdaşlığa mane olan əsas səbəblərdən biridir. İşğala son qoyulması və Ermənistan qüvvələrinin qeyd şərtsiz Azərbaycandan çıxarılması, sərhədlərin bərpası, qaçqın və məcbüri köçkünlərin öz evlərinə qayıtması regionda təhlükəsizliyə və sosial rifaha töhfə verəcəyinə inanırıq”.

O Minsk Qrupunun həmsədri kimi ABŞ-ın regionda sülhün təmin olunmasında rolunun artırılmasının vacibliyini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG