Accessibility links

ABŞ Pakistana hərbi yardımını dayandırır


Pakistan ordusu Şimali Veziristanda Talibana qarşı başlayan əməliyyatlar zamanı hərbi nəqliyyat vasitələrini əraziyə gətirir.

ABŞ höküməti Taliban və Haqqani şəbəkəsinə qarşı "həlledici addım atılmayana" qədər Pakistan ordusuna təhlükəsizlik yardımını dayandırır.

Dövlət Departamentinin sözçüsünün bildirdiyinə görə, Pakistan hökuməti regionda destabilləşdirmə gücü olaraq qalmaqda davam edir.

“Biz istəyirik ki, Pakistan ABŞ-ın maraqlarını təhdid edən terrorçuları və militanlara sığınacaq verməsindən imtina etsin və onları qanuni şəkildə həbs etsin. Birləşmiş Ştatlar terrorizmlə mübarizə aparmaq üçün Pakistanla birlikdə işləməyə hazırdır. Biz ümid edirik ki, Pakistan Taliban, Haqqani və digər militarist şəbəkələrə qarşı sərt mövqe nümayiş etdirsə, ikitərəfli təhlükəsizlik münasibətlərimizi daha da genişləndirə bilərik” - deyə, Dövlət Departamentinin sözçüsü Hezer Nauert bildirib.

Onun dediyinə görə, qanuni şəkildə tələb olunmadığı təqdirdə, ABŞ Pakistanı hərbi texnika və təhlükəsizliyə dair pulla təmin etməyəcək.

Rəsmi İslamabad bu şərhləri "tamamilə anlaşılmaz" olduğunu bildirərək, Əfqanıstanın sabitləşməsi və regionda terrorizmlə mübarizə aparmaq üçün Vaşinqtonla birlikdə fəaliyyətlərinə davam edəcəklərini qeyd edib.

Pakistanlı liderlər ABŞ-ın Əfqanıstandakı "uğursuzluqlarına" görə onların ölkələrinə qəzəbləndiklərini söyləyiblər.

XS
SM
MD
LG