Accessibility links

ABŞ Pakistanı terrora qarşı mübarizəni gücləndirməyə çağırıb [Video]


ABŞ Pakistanı terrora qarşı mübarizəni gücləndirməyə çağırıb
please wait

No media source currently available

0:00 0:02:07 0:00

ABŞ müdafiə naziri Cim Mattis ölkəyə səfəri zamanı Pakistanı militanlara qarşı mübarizə səylərini iki dəfə artırmağa səsləyib.

ABŞ-ın Pakistanı Taliban döyüşçülərini sığınacaqla təmin etməklə günahlandırdığı ilk dəfə deyil. Rəsmi İslamabad isə öz növbəsində Taliban militanlarıyla mübarizədə əlindən gələni etdiyini bildirir.

Pakistanın baş naziri Şahid Xaqan Abbasi bəyanatında qeyd edib ki, Pakistanda terroristlərin təhlükəsizlik sığınacaqları yoxdur və onlar bu qruplara qarşı mübarizəni davam etdirirlər.

Pakistana səfərindən öncə barışdıcı tonda çıxış edən Mattis bildirib ki, o Pakistan liderleriylə ciddi fikir ayrılıqlarına yol vermək istəmir.

“Mən çətinliklərlə bu cür mübarizə aparmıram. Mən inanıram ki, biz ortaq məqsəd taparaq, birlikdə işləyib, problemlərin öhdəsindən gələ bilərik.” - deyə, ABŞ-ın müdafiə naziri Cim Mattis bildirib.

Lakin, ikitərəfli münasibətlərdə narahatlıqlar olduğuna dair bəzi işarələr var.

Həftəsonu Mərkəzi Kəşfiyyat Agentliyinin (CIA) direktoru Mayk Pompeo bildirib ki, əgər Pakistan ABŞ-ın göndərdiyi məlumatları nəzərə almazsa, ABŞ terroristlərin təhlükəsizlik sığınacaqlarını məhv etmək üçün hər şeyi edəcək.

Bu da Pakistanın şimal-qərbində daha çox ABŞ pilotsuz təyyarələrinin vurulmasına gətirib çıxarda bilər.

ABŞ həmçinin fərd olaraq müxtəlif Pakistan liderlərinə qarşı sanksiya tətbiq etməklə yanaşı ölkənin statusunu NATO-nun əsas olmayan müttəfiqi statusuna endirə bilər. Konqresdə atılan addımlara qarşı təzyiqlər artmaqdadır.

"Biz bu mövzunun nə qədər vacib olduğunu göstərmək üçün Pakistana qarşı diplomatic təzyiqlərimizi davam etdirməliyik. Əfqanıstan və Pakistanda fəaliyyət göstərən qeyri-sabitlik yarada biləcək terrorist qrupları zərərsizləşdirmək bu iki ölkənin əsas məsələlərindən olmalıdır." -deyə, Senatın Xarici Münasibətlər Komitəsinin üzvü Cean Şahin bildirib.

Gələcəklə bağlı hansı plan və yolların olduğu məlum deyil. Amma Mattis oktyabr ayında bildiribki, o problemi həlli üçün lazım olan hər şeyi etmək qərarı verməzdən əvvəl bir daha Pakistanla ortaq məxrəcə gəlməyə çalışacaq.

XS
SM
MD
LG