Accessibility links

Amerika korporasiyalarının iyun satışları gözləntilərə cavab verməyib


İşsizliyin ardıcıl şəkildə yüksək səviyyədə qalması və müştəri etimadının aşağı düşməsi xərclərə ciddi təsir göstərdiyi üçün, Costco və digər pərakəndə satış şəbəkələrinin iyun ayındakı göstəriciləri hətta Wall Street-in aşagı gözləntilərinə də cavab verməyib.

Həmçinin ən azı bir il fəaliyyət göstərən Cato Korporasiyası, yeniyetmə geyimləri şəbəkəsi Wet Seal Inc. və The Buckle Inc. kimi kiçik şəbəkələrin də satış həcmi ehtimal olunandan aşağı olub.

Costco Topdansatış Korporasiyası valyuta məzənnələrindəki əlverişsiz sələm faizlərinə görə eyniadlı mağazalarındakı korporativ satışlarda təxmin olunan 3.7 faizlik artım əvəzinə 3 faizlik artim göstərib. Topdansatış operatorunun ABŞ üzrə satış rəqəmləri Wall Street-in dəyərləndirmələrindən aşağı olub.

“İyun ayında istehlakçilar daha ehtiyatla davranmağa başlayıblar.” deyə AlixPartners qlobal pərakəndə təcrübəsinin direktoru Keit Jelinek bildirib. Onun təxmininə görə, alıcılar uşaqları məktəbə gedənə qədər qeyri-mühüm əşyalara pul xərcləməməkdə ehtiyatlılığı davam etdirəcəklər.

Limited Brands Inc. öz qadın alt paltarı şirkəti Viktoria’s Secret-dən sonra iyun ayında mağazalarında 7 faizlik artimla uğurlu şirkətlər siyahısına daxil olub. Limited asanlıqla 2.7 faizlik gəlir ehtimalını doğrulda bilib.

Pərakəndə satış şirkətləri bahar mövsümündə satış artımları göstərəndə bəzi təhlilçilər xəbərdarlıq etmişdilər ki, bu artım yay paltarlarını baharda almağa üstünlük verən müştərilərin sayəsində baş verib.
XS
SM
MD
LG