Accessibility links

ABŞ prezidenti atasının vətəninə gedib


ABŞ prezidenti Barak Obama bu gün güclü təhlükəsizlik tədbirlərinin müşayiəti ilə Keniyaya çatıb və iki günlük səfərinə başlayıb.

Paytaxt Nayrobidə onu Keniya prezidenti Uhura Keenyatta qarşılayıb. ABŞ prezidenti Keniya rəsmiləri ilə əl sıxışıb və limuzinə minməmişdən əvvəl qonaq kitabına imza atıb.

Obamanı öz vətənində qarşılayırmış kimi Nayrobi küçələri təmizlənib və rənglənib.

Səfərin başlıca məqsədi ilk dəfə Afrika ölkəsində keçirilən Qlobal Sahibkarlıq Sammitidir. Ev sahiblərindən biri kimi prezident Obama şənbə günü sammit iştirakçılarına müraciət edəcək.

Keniya ABŞ prezidenti üçün mühüm əhəmiyyət kəsb edir. Onun atası Keniyanın ucqar qərb bölgəsində anadan olub və daha sonra orada dəfn olunub. O, eləcə də Keniyanın ilk prezidentinin hakimiyyəti dövrü hökumətdə xidmət edib.

Obama sonuncu dəfə bu ölkəyə 2006-cı ildə ABŞ senatoru olarkən səfər edib və o, bu onun prezident kimi Keniyaya ilk səfəridir. Keniya prezidentinin müavini Uilliyam Ruto deyib ki, bu, səfər ölkə üçün çox önəmlidir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG