Accessibility links

ABŞ-ın mərkəzi ştatları dağıdıcı daşqınlarla üzləşir


ABŞ-da daşqınlar nəticəsində azı 20 nəfər həlak olub. Daşqınlar Missuri və İllinoys ştatlarını təhlükə altına alıb.

Missuri qubernatoru ştatda fövqalada hal elan etdikdən sonra Milli Qvardiyanı köməyə çağırıb.

Metereoloqlar bildirir ki, günlərlə davam edən leysan yağışlardan sonra Mississipi və Missuri çaylarının daşması gözlənilir. Yağışların həcmi 30 santimetr təşkil edir.

Su səviyyəsində artım magistral yolların bağlanmasına səbəb olub.

Rəsmilər doqquz federal su bəndlərinin artıq aşıldığını xəbər verir. Bu hallaar əhalinin seyrək olduöu yerlərdə baş verib. Cümə gününədək isə daşqınların daha böyük əraziləri əhatə edəcəyi gözlənilir,

Dramatik şəkillər palçıqlı suların evlərin damlarına qədər qalxdığını göstərir. Onlarla yerli sakin daşqınlardan xilas edilib.

XS
SM
MD
LG