Accessibility links

ABŞ-ın ərəb ölkələrinin Qətərlə əlaqələri kəsməsinə münasibəti [Video]


Birləşmiş Ştatlar Körfəz ölkələri və Misirin Qətərlə aralarındakı fərqliliklər üzərində işləməyə çağırıb. Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Yəmən, Maldivlər və Misir terror təşkilatları ilə olan əlqələri və ABŞ-ın İrana qarşı qərəzini sual etməsi səbəbilə Qətərlə əlaqələrini kəsib. Bu ölkələrin hamısı İslam Dövləti və İranın nüfuzunu artırmasına qarşı mübarizədə ABŞ-ın müttəfiqidir. ABŞ rəsmiləri deyir ki, əlaqələrin kəsilməsi bu səylərə zərər vurmayacaq.

Bazar ertəsi ABŞ dövlət katibi münaqişədəki tərəfləri danışıqlar aparmağa və aralarındakı məsələni həll etməyə çağırıb. Amma Tillerson, onların hər birinin terrora qarşı birgə mübarizəyə sadiq qaldığını da qeyd edib.

Mən bunun regionda və ya bütün dünyada terrora qarşı birgə apardığımız mübarizəyə təsiri olacağını düşünmürəm. Qeyd etdiyiniz bütün tərəflər terror və İŞİD-ə qarşı mübarizədə birgə işləyir və bunu Riyadda keçirilən sammitdə də bir daha dilə gətiriblər
Reks Tillerson

“Mən bunun regionda və ya bütün dünyada terrora qarşı birgə apardığımız mübarizəyə təsiri olacağını düşünmürəm. Qeyd etdiyiniz bütün tərəflər terror və İŞİD-ə qarşı mübarizədə birgə işləyir və bunu Ər-Riyadda keçirilən sammitdə də bir daha dilə gətiriblər”, Tillerson deyib.

ABŞ müdafiə naziri Ceyms Mattis isə deyib ki, İranın regiondakı sabitliyi pozmağa çalışdığı açıq-aşkardır.

“Onlar Suriyadan tutmuş Yəmənədək bunu etməyə çalışır. Suriyada Əsəd İrana görə hakimiyyətdə qalır, Yəməndə isə onlar müharibənin davam etməsini təmin edir. Bu isə milyonlarla insanın dəhşətli vəziyyətdə, aclıq, zorakılıq və səhiyyə problemlərinin olduğu bir mühitdə yaşamasına gətirib çıxarır. Elə buna görə də, İranın rolunun böyük olduğunu düşünürəm”, deyə Mattis bildirib.

Qətərlə Körfəz regionundakı qonşuları arasına münaqişənin olması yeni bir hal deyil.

Cerald Fierstin: “BƏƏ və Səudiyyə Ərəbistanı Qətərin Müsəlman Qardaşlığı ilə əlaqələri eləcə də misirli cihadçı vaizi ölkəyə dəvət etmək istəyinə qarşı çıxdıqlarını açıq aydın ifadə ediblər”.

Yaxın Şərq üzrə ekspert Cerald Fierstin deyir ki, gərginliklərə baxmayaraq, Qətərlə qonşuları hər zaman İranın nüfuzunu artırmasının qarsını almağın vacibliyi üzərində razılaşıblar.

Amma o həmçinin əlavə edib ki, regionda sabitliyi və təhlükəsizliyi təmin etmək üçün Körfəz ölkələri arasında birliyin olması çox mühümhdür və Birləşmiş Ştatlar hər zaman Körfəzdəki müttəfiqlərinə zidiyyətlərini aradan qaldırmağa yardım edib.

“Mən ümid edirəm ki, məsələnin həllində Küveyt və Oman müsbət rol oynayar. Ötən həftə Qətərin əmiri Şeyx Təmim Küveytə getmişdi. Düşünürəm ki, o, anlaşılmazlıqları aradan qaldırmaq üçün Küveytən yardım istəyir. Birləşmiş Ştatlar isə bunu dəstəkləməlidir”, Fierstin deyir.

Ərəb ölkələri keşmişdə də Qətərlə diplomatik əlaqələri kəsiblər, amma bazar ertəsi bu ölkələrin bəziləri Qətərə quru, hava və dəniz yolu ilə səyahətə də qadağa qoyublar.

XS
SM
MD
LG