Accessibility links

ABŞ raket əleyhinə müdafiə sistemini sınaqdan keçirib [Video]


ABŞ raket əleyhinə müdafiə sistemini sınaqdan keçirib
please wait

No media source currently available

0:00 0:01:29 0:00

Şimali Koreyanın sonuncu raket sınağından bir neçə gün sonra, Birləşmiş Ştatalar özü uğurlu bir sınaq keçirib. Bu sınaqda qitələrarası ballistik raketin istifadə edildiyi simulyasiya edilmiş hücum yer alıb. ABŞ rəsmiləri bu sınağı Birləşmiş Ştatların müdafiəsində kritik bir mərhələ adlandırıb.

Birləşmiş Ştatlarda nüvə raketi hücumunu simulasiya edən sınaq həyata keçirilib və bu sınaq uğurlu olub.

Heç nə Şimali Koreyanın bu əməllərinə son qoymasına təsir göstərmir. Bu səbəbdən də BMT bir araya gəlib, sınaqların hər bir gündən bir həyata keçirildiyi təqdirdə nə edəcəyini düşünür.
Nikki Heyli

ABŞ ordusu ilk öncə Marşal Adalarından qitələrarası balistik raket atıb, ardından isə Kaliforniyadakı hava bazasından ikinci bir raket atıb.

Məqsəd isə Sakit Okean üzərində uçan yalançı döyüş raketini vurmaq olub.

Sınaq uğurla başa çatıb. İkinci raket birinci raketin qarşısını alaraq, okean üzərində yolun yarısında onu məhv edib.

Bu sınaq Şimali Koreyanın nüvə proqramı ilə bağlı gərginliyin artdığı vaxta təsadüf edir. Beynəlxalq qanunlara tabe olmayan bu dövlət, BMT və bir çox dünya liderlərinin tənqidlərinə baxmayaraq, son həftələrdə raket sınaqlarının sayını artırıb.

“Heç nə Şimali Koreyanın bu əməllərinə son qoymasına təsir göstərmir. Bu səbəbdən də BMT bir araya gəlib, sınaqların hər bir gündən bir həyata keçirildiyi təqdirdə nə edəcəyini düşünür”, deyə Nikki Heyli bildirib.

Şimali Koreya
Şimali Koreya

ABŞ-ın BMT-dəki nümayəndəsi Nikki Heyli əlavə olaraq qeyd edib ki, ABŞ və Pxenyannın yaxın müttəfiqi Çin Təhlükəsizlik Şurası ilə Şimali Koreyaya qarşı sanksiyaların şərtlərini müzakirə edir.

“Hazırda gedən danışıqlarda biz Şimali Koreyaya qarşıs nə zaman qətnamə qəbul edəcəyimizi, hansı sınağın bizim bu qətnaməni qəbul etməyimizə gətirib çıxaracağını müzakirə edirik,” o deyib.

Heyli bildirib ki, Tramp administrasiyası həmçinin Çinin nüvə sınaqlarına son qoymasına təzyiq götərmək üçün Şimali Koreyya ilə arxa danışıqlar apardığına inanır.

XS
SM
MD
LG