Accessibility links

ABŞ rəsmiləri Barselona hücumuna görə radikal islamçıları günahlandırıb [Video]


ABŞ rəsmiləri Barselona hücumuna görə radikal islamçıları günahlandırıb
please wait

No media source currently available

0:00 0:02:04 0:00

ABŞ rəsmiləri Barselona hücumuna görə radikal islamçıları günahlandırıb

Avtomobil şəhərin bar və restoranlar səbəbində turistlərin çoxluq təşkil etdiyi hissəsində piyadalar üstünə sürülür.Ağ rəngli avtomobil xeyli sayda insanı əzərək, digərlərini də gizlənməyə məcbur edib. Şahidlərin sözlərinə görə, hadisə çox xaotik və dəhşətverici idi.

Donald Tramp hadisədən həmən sonra tvit yazaraq hücumu qınayıb və ABŞ yardımını təklif edib. Panamada səfərdə olan vitse-prezident Mayk Pens də öz çıxışında hadisəyə görə radikal islamçı terrorizmini günahlandırıb.

ABŞ-ın dövlət katibi Reks Tillerson qurbanların ailələrinə başsağlığı verib və İspaniyada olan amerikalıların ailələri ilə əlaqə saxlayıb, təhlükəsizlikdə olduqlarını xəbər verməklərini xahiş edib. O, ABŞ-ın dünyadakı terrorizmə qarşı mübarizə aparacağını bir daha təsdiqləyib.

İspan Baş naziri Mariano Rahoy, Barselonadakı hadisəyə qarşı dünyanın həmrəylik göstərməsini qiymətləndirdiyini bildirib. Onun sözlərinə görə, Barselona da cihadçılar tərəfindən hücuma məruz qalan digər şəhərlərin taleyini yaşayır.

Rahoy bildirib ki, hökumət günahkarları tapmaq, təhlükəsizliyi gücləndirmək və qurbanların ailələrinə kömək etmək üçün səylərini koordinasiya edəcək. O, ölkələri dünyada ədalət, insan hüquqları və demokratiyanı təhdid edən terrorizm təhlükəsinə qarşı mübarizə aparmaq üçün birləşməyə çağırıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG