Accessibility links

ABŞ rəsmisi İŞİD liderinin öldürüldüyünə dair dəlil olmadığını deyir


Əbu Bəkr əl-Bağdadi Mosulda tərəfdarlarını cihada səsləyir.
Əbu Bəkr əl-Bağdadi Mosulda tərəfdarlarını cihada səsləyir.

ABŞ-ın əks-terrorizm üzrə yüksək rütbəli rəsmisi deyir ki, iddialara və şaiyələrə baxmayaraq, İslam Dövlət rəhbərinin ölməsinə dair dəlil yoxdur.

Ötən həftələrdə Rusiya, Suriya, İran hökumətləri və Suriya insan haqları qurumları İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin öldürüldüyünü bəyan ediblər. Lakin Milli Əks-Terrorizm Mərkəzinin Direktoru Nik Rasmussen bu iddiaların doğru olduğunu sübuta yetirən dəlilin olmadığını bildirib.

Mən İŞİD liderinin döyüş meydanından yox olduğuna məni inandıracaq heç nə görməmişəm.

“Mən İŞİD liderinin döyüş meydanından yox olduğuna məni inandıracaq heç nə görməmişəm,” Rasmussen təhlükəsizliyə dair forumda bildirib.

“Bizim kifayət qədər məlumatımız var," deyə amerikalı təhlilçi ABŞ kəşifyyatının İŞİD barədə malik olduğu informasiya bazasına işarə edib. “Sadəcə, bizdə onun öldüyünü təsdiqləyən informasiya yoxdur.”

Rasmussen üçüncü ABŞ rəsmisidir ki, Bağdadinin öldürüldüyünə dair iddialarla razılaşmır.

İraqdakı anti-İŞİD koalisiyasının komandiri iddiaları ilk rədd edən rəsmi olub.

General Leytenant Stefen Taunsend (sağda) İraq zabiti ilə söhbətləşir. 8 fevral, 2017
General Leytenant Stefen Taunsend (sağda) İraq zabiti ilə söhbətləşir. 8 fevral, 2017

“Mənim heç bir məlumatım yoxdur, Bu qədər sadə,” General Leytenant Stefen Taunsend iyulun 11-də Bağdadda Pentaqon müxbirlərinə deyib.

İyulun 14-də Müdafiə naziri Cim Mattis Taunsendin dediklərini təkrarlayıb.

“Biz sübut etməyincə, onun öldüyünü spekulyasiya etmirik.”

XS
SM
MD
LG