Accessibility links

ABŞ-ın Rusiyanın əlindən aldığı obyektlər üzərində mübahisə davam edir [Video]


ABŞ-ın Rusiyanın əlindən aldığı obyektlər üzərində mübahisə davam edir
please wait

No media source currently available

0:00 0:02:00 0:00

Rusiya ötən dekabr ayında Obama administrasiyasının Rusiyaya aid iki kompleksi Rusiya səfirliyinin əlindən almasına cavab tədbiri görməyə haqqının olduğunu bilidirir. Bundan əlavə prezident Barak Obama hakimiyyətdən getmədən əvvəl 35 Rusiya diplomatını ölkədən çıxararaq, onları casusluqda ittiham edib. O, bu addımın Moskvanı 2016-ci il prezident seçkilərinə müdaxilə etdiyinə görə cəzalandırmaq üçün atıldığını deyib. İndi isə Rusiya artıq səbrinin tükənməyə yaxın olduğunu deyir və Tramp administrasiyasından kompleksləri geri almaq istəyir.

Bizim də Rusiyada ən azından bir istirahət mərkəzimiz var. Ola bilsin ki, onlar həmin o istirahət mərkəzini əlimizdən alsın.
Con Herbst

Biri Merilend, bir digəri isə Nyu York ştatında yerləşən iki gözəl mənzərəli Rusiyaya aid kompleks Moskva ilə Vaşinqtonda arasında gedən mübahisənin mərkəzində yer alır. Rusiya, onların istirahət mərkəzləri olduğunu və yalnız istirahət üçün istifadə olunduğunu deyir. ABŞ kəşfiyyat agentlikləri isə bu obyektrlədən kəşfiyyat toplamaq üçün istifadə olunduğunu bildirir.

Mətbuat katibi Hezer Nauert müxbirlərin dövlət katibi Reks Tillersonun obyektləri müəyyən şərtlər altında Rusiyaya geri verməyə müsbət baxıb-baxmadığına dair suallara cavam verməkdən imtina edib.

“Mən elə deməzdim. Buradakı əsas prioritet Birləşmiş Ştatlarla Rusiya arasında yaxşı, sabit münasibət yaratmaqdır ki, aramızda qarşısılıqlı əməkdaşlıq olsun”, deyə o bildirib.

Rusiya hələ də ABŞ-ı cavab tədbiri görməklə hədələyir.

“Bu, Sovet İttifaqı, ardınca isə Rusiyanın apardığı standart diplomatiyadır. Biz onların casuslarını tutub, ölkədən çıxaranda, onlar da eyni sayda amerikalı diplomatı qovur. Onlar heç vaxt təqsirlərini boyunlarına almır. Biz onların atdığı yolverilməz addımlarına qarşı tədbir görəndə, onlar əks-tədbir görür. Bu, onların işgörmə üsuludur”, deyə Atlantik Şuradan Con Herbst bildirib.

Rusiyaya aid obyekt
Rusiyaya aid obyekt

Herbst deyib ki, Moskva bir neçə yolla cavab tədbiri görəcək:

“Bizim də Rusiyada ən azından bir istirahət mərkəzimiz var. Ola bilsin ki, onlar həmin o istirahət mərkəzini əlimizdən alsın. Yadımdadır ki, Obama bu addımları atanda, onların səfirlik işçilərimizin uşaqlarının oxuduğu məktəbi bağlacayacaqları güman edilirdi. Bu, çox mənfur bir hərəkət olardı. Belə bir halda, bizim də reaksiyamızın çox sərt olacağını gözləyərdim”, o deyib.

Bazar ertəsi Rusiyanın xarici işlər nazirinin müavini Sergey Rıbakov Dövlət Departamentində ABŞ dövlət katibinin müavini Tomas Şannonla görüşüb. Rusiyanın obyektlərini geri almağa yaxın olub-olmadığı ilə bağlı suallara Rıbakov “demək olar ki” deyə cavab verib.

XS
SM
MD
LG